Əsas səhifə / Həkimlər / LAZER’lə kəsiksiz, tikişsiz, narkozsuz əməliyyatlar gerçəkdir?
Bizi mobildən daha sürətli  izləyin

LAZER’lə kəsiksiz, tikişsiz, narkozsuz əməliyyatlar gerçəkdir?


Son vaxtlar tez-tez lazer enerjisindən istifadə etməklə əməliyyatlar haqda eşidirik. Doğurdan da müasir tibbdə lazer əməliyyatları bu qədər geniş yayılıb? Bu mövzunu araşdırdıq.

Fleboloq-cərrah İsmayil Əsgərov bizi ətraflı məlumatlandırdı:

Lazer, xüsusi optik mənbələrdən qaynaqlanan işıq hissəcikləridir. Bəli, müasir tibbdə lazerlə icra edilən əməliyyatlar və prosedurlar var. Amma bu qeyd olunduğu kimi geniş deyil, çox az saydadır.

Lazerlə sünnət, lazerlə öd kisəsi, lazerlə kesar əməliyyatı və sair səslənsə də, əslində belə deyildir. Bu zaman heç bir halda lazer enerjisindən istifadə edilmir. Məsələn: öd kisəsinin çıxarılması (xolesistektomiya) laparoskop adlanan cihazla, 2-4 santimetrlik dəliklərdən icra edilir. Kiçik kəsiklər olduğundan insanlar bunu lazer deyə adlandırır. Bir çox vaxt dəri içi kosmetik tikişlərdən sonra xəstələr lazerlə əməliyyat olunduğunu iddia edirlər.

Dünyada bu tip əməliyyatlar çox az saydadır. Məsələn, yaxından görmə zamanı eqzimer lazer, dəridə çapıqların aradan qaldırılması üçün fraksional lazer.

Doktor, bəs sizin çalışdığınız sahədə necə, lazer üsulu əməliyyatlar varmı?

Bəli, var. Ayaqların varikoz xəstəliyi zamanı biz demək olar ki, bütün hallarda lazer enerjisindən istifadə etməklə əməliyyat edirik. Her hansı kəsik, tikiş olmadan, narkozsuz, yalnız yerli keyləşdirmə ilə lazer müalicəsi aparılır. Əməliyyat iynə böyüklükdə dəlikdən icra olunur. Buna görə estetik cəhətdən heç bir iz qalmır.

Varikoz damarın lazer əməliyyatı risklidirmi?

Əməliyyatın ən böyük riskini narkoz təşkil edir. Amma Endovenoz Lazer Ablasiya dediyimiz bu metodda bir az öncə qeyd etdiyimiz kimi narkoz istifadə edilmir.
Ümumiyyətlə, varikoz şikayəti ilə müraciət edən xəstəni, əvvəlcə rəngli venoz doppler edirik. Problemin haradan qaynaqlanması və gedişatını xəritələmə şəklində göstəririk. Buna görə varikozun bu üsulla müalicəsində əməliyyatın nəticəsi 100%-ə yaxındır.

Yəqin ki, narkoz, kəsik olmadığından xəstələr həmin günü evə yazılır?

Əslində bu əməliyyat deyil, prosedur sayılır. Bir xəstənin müalicəsi 30-40 dəqiqə davam edir. Prosedurdan dərhal sonra xəstə aktiv şəkildə rahat gəzir. Bu isə, həm də bizim xəstədən tələbimizdir: prosedurdan dərhal sonra 1 saat aktiv şəkildə gəzmək lazımdır. Bundan sonra xəstə istədiyi işlə məşğul ola bilər.
Klassik cərrahi əməliyyatdan digər üstünlüyü də, lazer prosedurundan sonra əksər vaxt 1 gün belə olsa, kompression corab geyinməyə ehtiyac yoxdur.

Buna da baxın

Varikozdan qorunmaq üçün bunları yeyin

Whatsapp ilə Paylaş   Varikoz xəstəliyi ayaqlarda damar ulduzcuqlarının, şişmiş damarların, trombların, xoraların inkişafına səbəb …