Əsas səhifə / Manşet / Leninqrad tortu
Bizi mobildən daha sürətli  izləyin

Leninqrad tortu

Tərkibi:

  • 320 qr un
  • 120 qr kərə yağı
  • 130 qr şəkər tozu
  • 1 yumurta
  • 0.5 ç/qaşığı duz
  • 1 ç/qaşığı soda
  • 10 qr qabartma tozu
  • 10 qr vanil

Hazırlanması:

  1. Otaq temperaturunda yumşaldımış yağını şəkər tozu ilə qarışdırırıq.
  2. Yumurtanı çırpırıq.
  3. Üzərinə duz, soda və qabartma tozunu əlavə edib qarışdırırıq.
  4. Daha sonra yağa əlavə edirik və qarışdırırıq.
  5. Şəkər tozu tam həll olduqdan sonra vanili daha sonra isə unu əlavə edərək qarışdırırıq.
  6. Yumşaq bir xəmir yoğururuq.
  7. Xəmiri dörd bərabər hissəyə bölürük.
  8. Üç hissəni soyuducuda gözlədirik.
  9. Bir hissəni isə kalka üzərində vərdənə vasitəsilə yayırıq.
  10. Şablon bir kağız hazırlayıb xəmir həmin ölçüyə çatanda kənarlarını kəsərək standartlaşdırırıq.
  11. Xəmirin artıq qalan kənarlarını toplayırıq.
  12. Hazırladığımız lavaşın üzərini çəngəllə dəliklər açdıqdan sonra, əvvəlcədən qızdırılmış 220 dərəcəlik sobada üzəri qızılı rəng alana qədər bişiririk (təxmini 8-10 dəqiqə).
  13. Sobadan çıxardıqdan sonra tam soyumasını gözləyirik.
  14. Soyuducudakı digər xəmirləri də eyni qayda ilə bişiririk.
  15. Tortun kənarlarındakı artıq hissələri kiçik lavaş formasında yayaraq sobada bişirib ovuruq.

Krem üçün:

  • 200 qr kərə yağı
  • 180 qr şəkər tozu
  • 1 yumurta
  • 120 ml süd
  • 8 qram kakao
  • 1 çay qaşığı konyak (zövqə görə. Əlavə etməmək də olar.)
  • 10 qr vanil

Kremin hazırlanması:

  1. Qazana süd və şəkər tozunu əlavə edib ocaqda şəkər tozu əriyənə qədər qarışdırırıq.
  2. Ocaqdan götürdükdən sonra 3-4 dəqiqə də qarışdırmağa davam edirik.
  3. Yumurtanı çırpıraraq eyni zamanda az-az da südlə şəkər tozu qarışımımı əlavə edərək qarışdırmağa davam edirik.
  4. Hazırladığımız qarışımı ocaqdda qatılaşana qədər dayanmadan (təxminən 5 dəqiqə) qarışdırırıq.
  5. Otaq temperaturunda tam soyuduqdan sonra vanil əlavə edib qarışdırırıq.
  6. Yumşaldılmış kərə yağını qarışdıraraq əvvəlcədən hazırladığımız qarışımı az-az əlavə edərək qarışdırmağa davam edirik.
  7. Ələkdən keçirdiyimiz kakounu da əlavə edib qarışdırmağa davam edirik.
  8. Konyak əlavə etmədik, amma istəsəniz siz əlavə edə bilərsiniz.

Biskivitlər tam soyuduqdan sonra kalkadan krmləyərək üst-üstə düzürük.

Sonuncu biskiviti kremləmirik.

Qalan kremi kənarlarına çəkirik.

Üzərinə zövqə görə cem (albalı, şaftalı) çəkərək soyuducuda gözlədirik.

Qlazurun hazırlanması:

  • 50 qr qara şokaladla 30 qr kərə yağını su hamamında əridərək qlazur hazırlayaraq, tortun üzərinə çəkirik.

Kənarlarına ovuntu vurub, üzərini isə zövqünüzə görə bəzəyə bilərsiniz.

Bəzək üçün yer fıstıqı qırıntısı istifadə edildi. İstənilən cevizlə əvəz edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Minion tortu

Whatsapp ilə PaylaşTərkibi: 260 qr un 10 yumurta 300 qr şəkər tozu 20 qr vanil …