Əsas səhifə / Əsas menu / Xəbər / Leyla Əliyevadan yeni şeir
Bizi mobildən daha sürətli  izləyin

Leyla Əliyevadan yeni şeir

736283

Leyla Əliyevadan yeni şeir

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva özünün İnstagram hesabında yeni şeirini paylaşıb. Sizə həmin şeiri təqdim edirik.

Mənə özündən danış.

Nə danım, maraqlıdır səninlə bağlı hər şey…
Hərdən bir ürəyimə yalqızlıq çöksə belə… –
Xoşdur, çünki düzünü tənhalıq söylər mənə…
Mənə təsəlli vermə!
Hər şey ötüb-gedəcək.
Şərab unutduracaq sıxıntımı, qəmimi…
Mey əzəcək qüssəni,
Əridəcək kədəri. –
Alov buz parçasını suya çevirən təki…
Amma nə faydası var? –
Suya çevrilsə belə,
Qəm yenə həminkidir, cismini dəyişsə də…
Mənə təsəlli vermə! –
Mən heç nədən qorxmuram.
Bir də ki, təsəlliylə qürur dost ola bilməz!..
Sükutun dili ilə Tanrını çağırıram: “Bizi bir-birimizdən
Ayırma, yalvarıram!”
Mənə özündən danış
Lap qoy bircə söz olsun…
Səsini gecə-gündüz eşidirəm, mən hər an…
Gözlərinsə hər şeydən mənə əzizdir, əziz.
Çünki əksimi orda ayna təki görürəm… –
Orda özüm özüməm.

Buna da baxın

Arzu Əliyevanın ad günündən – Fotolar

Whatsapp ilə PaylaşArzu Əliyevanın ad günündən – Fotolar Dünən ölkə başçısı İlham Əliyevin qızı Arzu …