Əsas səhifə / Əsas menu / Pəhriz / Limon diyeti ilə 1 həftədə 2 kilo arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Limon diyeti ilə 1 həftədə 2 kilo arıqlayın

litLimon diyeti ilə 1 həftədə 2 kilo arıqlayın

Səhər(7 gün üçün):

1 fincan şəkərsiz çay, 2 dilim pəhriz çörək, 1 şorba qaşığı limon marmeladı.

Bazar ertəsi günorta:

2 şirin ç maye yağ, 2 ç qaşığı pendir və limon suyu ilə bişirilmiş plov (70 qram), qarışıq salat, 1 ç qaşığı zeytun yağı və 1 limon suyu ilə dadlandırılmış 1 kasa meyvə salatı.

Axşam:

Yağsız ətlə, yenə yağsız olaraq yalnız limon suyu əlavə edilərək bişirilmiş quşbaşı ət (120 qram), 1 kəpəkli buterbrod (və ya 1 paket pəhriz biskviti), 1 ç qaşığı zeytun yağı və 1 limon suyu ilə bişirilmiş ispanaq.

Çərşənbə axşamı günorta:

Üzərinə bir az zeytun yağı və 1 limonun suyu gəzdirilmiş 150 qr sobada balıq, 1 kəpəkli buterbrod (və ya 1 paket pəhriz biskviti), 1 ç qaşığı zeytun yağı və yarım limonun suyu ilə bişirilmiş təzə lobya.

Axşam:

150 qr toyuq sinəsi (1 ç qaşığı duru yağ və yarım limon suyu ilə bişirilmiş). Yarım limon suyu və çox az maye yağ ilə qızartma edilmiş dolmalıq bibər 1 kəpəkli buterbrod (və ya bir paket pəhriz biskviti).

Çərşənbə günorta:

Qatıq və limonla bişirilmiş 70 qram makaron, zeytun yağı və 1 limonun suyu ilə dadlandırılmış qarışıq salat, yarım limon suyu və az şəkərlə qarışdırılmış bir kasa çiyələk.

Axşam:

Cəfəri, yarım limon suyu ilə bişirilmiş 150 qr ahtapot, zeytun yağı və yarım limon suyuyla bişirilmiş təzə paxla, 1 kəpəkli buterbrod (və ya bir paket pəhriz biskviti).

Cümə axşamı günorta:

40 qr pendir, 30 qr pəhriz ton balığı, 5 yaşıl zeytun və limon suyuyla hazırlanmış salat, 1 kəpəkli buterbrod (və ya bir paket pəhriz biskviti), banan və üzüm xaricindəki meyvələr və yarım limon suyu ilə hazırlanmış meyvə salatı.

Axşam:

Limonla və pomidorla dadlandırılmış 150 qr palamut, yarım limon və çox az zeytun yağı ilə dadlandırılmış 150 qram salat, 2 dənə qaynadılmış kartof.

Cümə günorta:

Çox az maye yağ və limon suyu ilə dadlandırılmış 120 qr qovurma, 1 kəpəkli buterbrod (və ya bir paket pəhriz biskviti), 1 ç qaşığı zeytun yağı və yarım limonun suyu ilə bişirilmiş təzə lobya.

Axşam:

2 ç qaşığı maye yağ, 2 ç qaşığı pendir və limon suyu ilə bişirilmiş plov (70 qr), 120 qr qaynadılmış zeytun yağı və limon suyu ilə dadlandırılmış dil, limon suyu və çox az zeytun yağı ilə dadlandırılmış 150 qram salat.

Şənbə günorta:

Limon suyu ilə dadlandırılmış 120 qr qızartma toyuq, 1 kəpəkli buterbrod (və ya bir paket pəhriz biskviti), 1 ç qaşığı zeytun yağı və 1 limon suyu ilə bişirilmiş ispanaq.

Axşam:

70 qr qaynadılmış düyü, tərəvəz, 20 qr pendir, 30 qr pəhriz ton balığı, zeytun yağı və limon sulu salat, banan və üzüm xaricindəki meyvələr və yarım limon suyu ilə hazırlanmış meyvə salatı 1 ç qaşığı zeytun yağı ilə dadlandırılmış pomidor salatı.

Bazar günorta:

70 qr makaronu bişirib, rəndələnmiş 1 limonun qabığı və maye yağ ilə dadlandırın. 40 qr kaşar pendiri səpin. 1 ç qaşığı maye yağ və yarım limon suyu ilə dadlandırılmış təzə paxla, 1 portağal və ya qreypfrut (C vitamini və antioksidan baxımından çox zəngin).

Axşam:

Çox az zeytun yağı və limonla dadlandırılmış 150 qr sobada bişirilmiş balıq. 1 kəpəkli buterbrod (və ya bir paket pəhriz biskviti) 1 ç qaşığı maye yağ və 1 limon suyu ilə dadlandırılmış ispanaq.


Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …