Əsas səhifə / Əsas menu / Gözəllik / Limon gözəlləşdirir
Bizi mobildən daha sürətli  izləyin

Limon gözəlləşdirir

fft20_mf3530719

Limon gözəlləşdirir

Mətbəxinizdəki limonları yalnız salatlarda və ya yeməklərdə deyil, gözəlləşərkən də istifadə edə bilərsiniz.

fft20_mf3530723

Dırnaqları qüvvətləndirir

Əgər dırnaq boyasından tez-tez istifadə edirsinizsə, dırnaqlarınız öz gücünü itirə bilər. Bir yemək qaşığı zeytun yağı və bir neçə damla limonu qarışdırın. Bu qarışımı dırnaqlarınıza sürtün. Gecə yatmazdan əvvəl istifadə etdikdə daha təsirli olacaqdır. Səhər oyandığınızda əllərinizin yumşaq və dırnaqlarınız güclənmiş olduğunu görəcəksiniz.

fft20_mf3530720

Dişləri ağardır

Artıq dişlərinizi ağartmaq üçün bahalı məhsullar yerinə limondan istifadə edə bilərsiniz. Limon suyu və karbonatı qarışdırmaqla əldə etdiyiniz diş pastası dişlərinizin ağarması üçün əla vasitədir.

fft20_mf3530721

Yağlı dəriyə və qara nöqtələrə son

Limon dərinizdəki yağı əmər. Bir parça pambığa bir neçə damla limon suyu sıxın və yatmamışdan əvvəl həmin pambıq ilə dərinizi təmizləyin. Qara nöqtələr üçün isə yarım limon suyunu bal ilə qarışdırıb qara nöqtəli bölgəyə sürtün. 5 dəqiqə gözləyib soyuq suyla yuyun.

Buna da baxın

Gözaltı torbalara bu üsulla vida edin

Whatsapp ilə Paylaş Lavanta Lavantaı iltihaba qarşı ən yaxşı vasitədir. Lavanta yağını birbaşa dərinizə tətbiq …