Əsas səhifə / Əsas menu / Sağlamlıq / Limon – min bir dərdin dərmanı
Bizi mobildən daha sürətli  izləyin

Limon – min bir dərdin dərmanı

limLimon – min bir dərdin dərmanı

Araşdırmalar göstərir ki, limon sakitləşdirici təsirə malikdir. Limon yorğunluğu aradan qaldırır, sinirlərə yaxşı təsir edir. Antibakterial və antiviral xüsusiyyətləri təsdiqlənmiş limon ağızdakı bakteriyaları öldürür. Soyuqdəymə və qripə qarşı da yaxşı təsir edir, qrip simptomlarının azalmasını təmin edir.

Limon başda C vitamini olmaqla, A və B vitaminləri ilə də zəngindir. Limon həmçinin iştahı qaldırmağa malikdir. Limon qanı təmizləyir və qan dövranını yaxşılaşdırır, bədəndəki ağrıları azaldır və qızdırmanı aşağı salır.

Limon sızanaqları da azalda bilir. Limonu salatlarda da yemək olar. Limonun qabığı və çiçəklərindən də istifadə etmək mümkündür. Limonun qabıqları qaynadılıb içildikdə bədən enerjisini bərpa edir və gümrahlıq gətirir, həmçinin bədəndəki qurdları da tökməyə yardım edir.

Limon suyu ilə qarqara etmək boğaz və ağız iltihabınının qarşısını alır. Vanna qəbul edən zaman suyun içinə limon suyu sıxmaq bədəni qüvvətləndirir və qan dövranını yaxşılaşdırır, tərkibindəki turşu ilə infeksiyalara qarşı mübarizə aparır. İnfarkt ürək-damar narahatlıqları və xərçəng kimi xəstəliklərdən bədəni qoruyan antioksidantdır. Təzyiqi aşağı salır, həmçinin yoğun bağırsaq, prostat xərçənglərini azaldan anti-kanserogen qidadır. Hüceyrələrdəki maddələr mübadiləsi problemlərini aradan qaldırır və bu sahədə xərçəngin yaranmasının qarşısını alır. Limon suyu dəriyə parlaqlıq qazandırır. Bir neçə damcı limon suyunu isti suya əlavə edib içdikdə həzm sistemi problemlərinə yaxşı təsir edir və qaraciyəri təmizləyir. Günəş altında qurudulmuş və üyüdülmüş limon qabığı saçlara tətbiq edildiyində bədəni sərinləşdirir və baş ağrısını kəsir. Limon suyu saçların rəngini açır və dərini bəyazlaşdırır. Bu, sidik yollarında müşahidə olunan infeksiyalara qarşı təsirlidir. Bəzi böcək və ağcaqanadların sancdığı bölgələrdə zəhərə qarşı təsir edir və ağrını kəsir, həmçinin qalın bağırsaq ağrısı və qastrit problemlərinə yaxşı təsir göstərir. Çox az miqdarda qliserin ilə tətbiq edildiyində limon suyu quru dəriyə müsbət təsir göstərir. Limon suyu dəniz məhsulları və ət üzərinə sıxıldıqda bakteriyaları öldürür.

Limon suyuna əlavə edilən bir damcı duz hər səhər qəbul edildikdə xolesterolu azaldır və arıqladır. Limon suyu susuzluq və ishala qarşı təsirlidir. Kirəcləri təmizləyir və diş minasını gücləndirir. Hər gün bir yemək qaşığı limon suyu astmaya yaxşı təsir edir. Dəridə olan qaşıntılara müsbət təsir göstərir. Limon suyu kəpək və yağlı saçlar üçün möcüzəli təsir göstərir. Üzə tətbiq edilən limon suyu qırışları aradan götürür və dərini canlandırır. Limon suyu sümük əriməsinin də qarşısını alır.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …