Əsas səhifə / Əsas menu / Praktika / Limon qabığını atmayın, o…
Bizi mobildən daha sürətli  izləyin

Limon qabığını atmayın, o…

uiLimon qabığını atmayın, o…

Əziz xanımlar limonu yeyib qabığını atırsınızsa bir çox şey itirmiş olursunuz. Sizə limon qabığının müxtəlif faydalarını təqdim edirik.

Limon qabığıyla arıqlayın

Limon qabıqlarını yaxşıca yuyub bir litr suyun olduğu dolçaya əlavə edin. Bir neçə saat gözlətdikdən sonra zəifləmə, köpdən qurtarmağa köməkçi limonlu suyunuz hazır olacaq. Stəkan stəkan için və arıqlamağın dadını çıxarın!

Limon qabığıyla parladın

Qabyuyan maşının gözəl qoxmasını və qab-qacaqları parlamasını istəyirsiniz, deyil mi? Çəngəl-qaşıq hissəsinə bir neçə dənə limon qabığı qoyun. Yuma sonunda qapağı açdığınız anda möcüzə qoxular gələcək!

Limon qabığıyla yumşaldın

Dabanlarında, dirsəklər və biləklərdə sərtləşmə, pul pul tökülmə varsa Limon qabığı bu gözəllik probleminə praktik və sürətli bir həll təqdim edir: limonun sulu qisimi içə gələcək şəkildə quru bölgələrə ovun, yumayın; dəriniz yumşaq olacacaq.

Limon qabığıyla selülitdən xilas olun

Limon qabıqlarıyla edəcəyiniz masaj kremi sayəsində selülitlerinizden xilas ola bilərsiniz. Necə ? Limon qabıqlarını robotdan çəkib pürə halına gətirin, içərisinə badam yağı əlavə edin. Hər gün selülitli bölgələrə masaj edib yedirin, dərinizi yumayın.

Limon qabığıyla qara nöqtələri təmizləyin

Tərkibindəki C vitaminiylə hüceyrə yeniləyici və təmizləyici təsirə sahib olan limon qabığı qara nöqtələrdən xilas olmaq üçün də həlldir. Limon qabıqlarını rəndələyin və içərisinə bir az Türk qəhvəsi tozu əlavə edib qarışdırın. Bu qarışığı qara nöqtə olan burun, çənə, alın kimi bölgələrə masaj edərək yedirin, on dəqiqə gözlədib ilıq suyla durulayın.

Limon qabığıyla qripdən xilas olun

Soyuq algınlığından xilas olmaq üçün limon qabığı möcüzələr yaradır! Kiçik bir dəmliyə limon qabığı, zəncəfil və çubuq darçını alıb bir buğum qaynadıb süzün. Ilıq olandan sonra içinə bal əlavə edib gündə üç dəfə için.

Limon qabığıyla eviniz gözəl qoxsun

Limon qabıqlarını qızdırıcı ya da sobanın üzərinə qoyub oda qoxusu edə bilərsiniz.

Limon qabığıyla Romantika olsun

Limon qabığı, darçın, qərənfili qarışdırıb tavada qoxusu çıxana qədər qovurun. Ardından bu qarışığı qəşəng bir qaba alıb salona gətirin.

Limon qabığıyla dərinizi nəmləndirin

Dərinizi həm nəmləndirmək həm də bəsləmək üçün limon qabığını istifadə edə bilərsiniz. Çünki içərisində kalium, zülal, B və E vitaminləri var. Limon qabığını rəndələyin və bir az toz şəkərlə qarışdırıb üz və boyun bölgənizə dairəvi hərəkətlərlə masaj edərək yedirin.

Ardından ilıq suyla durulayın.

Limon qabığıyla ləzzətləndirin

Daha dadlı tortlar və pastalar üçün limon qabığının ağ qisimlərini bıçaqla ayırıb sarı qisimlərini robotda çəkin və sobada çox aşağı istilikdə qurudub qaba qoyun. Keks və pastalarınıza qurudulmuş limon qabığı əlavə edin, gözəl olacaq.


Buna da baxın

Gözaltı torbalara bu üsulla vida edin

Whatsapp ilə Paylaş Lavanta Lavantaı iltihaba qarşı ən yaxşı vasitədir. Lavanta yağını birbaşa dərinizə tətbiq …