Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İçkilər / Limonlu soyuq çay (İce Tea)
Bizi mobildən daha sürətli  izləyin

Limonlu soyuq çay (İce Tea)

soyuq çay hazırlamaq

Soyuq çay sevənlər bu tərif sizlər üçündür. Gün ərzində həm çay həm də su əvəzinə istifadə edə biləcəyiniz fərli və ləzzətli bir dad. Günün istənilən saatında sevərək içəcəyiniz soyuq çayı qadinklubu.com-un təqdim etdiyi resept əsasında asanlıqla hazırlaya bilərsiniz.

Tərkibi:

2 çay stəkanı dəmli çay
2 litr su
3 şorba qaşığı toz şəkər (zövqə  görə dəyişə bilər)
1 böyük limonun suyu (qabıqlarını atmayın )
bir çimdik limon duzu
6- 7 yarpaq nanə

Hazırlanması: Suyu dolçaya əlavə edin. Üzərinə  təzə dəmlənmiş çayınızı əlavə edin. Bir stəkan suyu qaynadın. Qaynar suya limon suyunu və qabıqlarını əlavə edin.  Şəkər, nanə yarpaqları və limon duzunu da əlavə edin. Qymnamaqa başladığında vətəbii ki,şəkər tozu əridikdən sonra ocaqdan götürüb süzgəcdən süzün. Dolçadakı suya  əlavə edib qarışdırın. Soyuması üçün soyuducuda gözlədin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Qat-qat bulku

Whatsapp ilə PaylaşTərkibi: 600 qr un 350 ml ilıq su 10 qr duz 20 qr …