Əsas səhifə / Manşet / Limonu xarab olmadan saxlamağın pik nöqtəsi
Bizi mobildən daha sürətli  izləyin

Limonu xarab olmadan saxlamağın pik nöqtəsi

limon1Limon tez-tez hər evdə tapılan və bəlkə də xarab olan zaman ən tez atılan qidaladan biridir.

Kəsdiyimiz və bir qisimini istifadə etdiyimiz limonu tərs çevirib soyuducuda saxlamağa çalışırıq ancaq bir müddət sonra sərtləşib quruduğu üçün atırıq.

Bəs limonu xarab olmadan uzun müddət necə saxlamaq olar?

Evinizdə çox olan və istifadə etmədiyiniz limonları soyuducunun buzluğuna qoya bilərsiniz. Lazım olduğu zaman buzluqdan çıxardıb rəndələyib istifadə edin. Beləcə hər zaman əlinizin altında təzə limon olur və limonun hamısından istifadə etmiş olursunuz. Bunun üçün edilməsi lazım olan bir bütün limonu yaxşıca yuyub quruladıqdan sonra soyuducu paketinin içində buzluğa yerləşdirmək kifayətdir. Limon yaxşıca donduqdan sonra çıxararaq istədiyiniz qədər rəndələyə bilərsiniz. Limonun qabığında C vitaminin daha çox olduğu deyilir. Qabıqlı rəndələdiyiniz üçün limonunun heç bir yerini israf etmirsiniz.

Limonun bir iki həftə zay olmadan istifadəsi üçün digər bir üsul:

Limonu su dolu bir qabın içinə qoyaraq orta hesabla hər gün bu suyu dəyişdirin. Beləcə limon ən azı 2 həftə ilk günkü təzəliyini qoruyacaq.

İstifadə olunmuş və yarım qalmış limonun təravətli olamsının yolu:

Bunun üçün limonun kəsilmiş hissəsinə bir az qənd parçası sürtün. Şəkər sürülmüş hissəsini bir qaba yerləşdirib soyuducuya qoyun. Bu üsulla da limonun ən az 2 həftə xarab olmadan qaldığını görəcəksiniz.

Qadınklubu.com

Buna da baxın

Dəri ağardıcı maska

Whatsapp ilə Paylaş Tərkibi: 2 x/qaşığı yulaf 1 limon Hazırlanması və tətbiqi: Yulafı bir qədər …