Əsas səhifə / Əsas menu / Gözəllik / Limonun 7 gözəllik sirri
Bizi mobildən daha sürətli  izləyin

Limonun 7 gözəllik sirri

g

Cildə parlaqlıq qazandırır

Solğun bir dəriniz vardırsa və üzünüzdəki ləkələr sizi narahat edirsə, limonu təbii parladıcı olaraq istifadə edə bilərsiniz. Səhərlər üzünüzü yuduğunuz suya bir neçə damla limon əlavə edə bilərsiniz.

Dişləri ağardır

Bahalı məhsullar yerinə limonu seçim edə bilərsiniz. Limon suyu və karbonatı qarışdırmaqla diş pastası əldə edə bilərsiniz.

Yağlı dəriyə və qara nöqtələrə son

Limon dərinizdəki yağı əmər. Bir parça pambığa bir neçə damla limon suyu sıxın və yatmadan əvvəl tonik kimi dərinizi təmizləyin. Qara nöqtələr üçün isə yarım limon suyunu bal ilə qarışdırıb qara nöqtəli bölgəyə tətbiq edin. 5 dəqiqə gözləyib soyuq suyla yuyun.

Saç rəngini açar

Saç rənginizi açmaq üçün boyalar və ya kosmetik məhsulları deyil, təbii yolları seçim edin. Limon suyunu saç baxım spreyinizə əlavə edin və saçlarınıza tətbiq edin. Günəşə çıxdığınızda təbii kölgələriniz olacaq.

Dırnaqları qüvvətləndirər

Tez-tez dırnaq boyası istifadə edirsinizsə, aseton və boya nəticəsində dırnaqlarınız zəifləyəcəkdir. Bir yemək qaşığı zeytun yağı, bir neçə damla limon əlavə edin və qarışdırın. Bu qarışığı dırnaqlarınıza sürtün. Gecə yatmamışdan əvvəl tətbiq edib, əlcək geymək ən yaxşı effektlidir. Səhər oyandığınızda əlləriniz yumşaq və dırnaqlarınız güclənmiş olacaq.

Quru dəriyə yaxşı gəlir

Saç dərinizdən dodaqlarınıza, dizlərinizdən dirsəklərinizə qədər limonun yaratdığı möcüzəyə inana bilməyəcəksiniz. Saç dərisi üçün limon suyu, bal, zeytun yağı və kokos yağını qarışdırıb saç diblərinə sürtün. 10 dəqiqə gözlədib yuyun. Daha yumşaq bir dəri üçün isə bir parça limonu yatmadan əvvəl dərinin quru bölgələrinə sürtün və səhər qalxdığınızda yuyun.

Sızanaqlara yaxşı təsir edir

Limon turşusu dəri problemlərini müalicəsində çox təsirlidir. Yarım limonu birbaşa olaraq sızanaq olan bölgəyə tətbiq edin. Gecə yatmadan əvvəl tətbiq edin və səhər qalxdığınızda yuyun.

Qeyd: Ciddi bir sızanaq probleminiz varsa və bir müalicə tətbiq edirsinizsə, həkiminizlə məsləhətləşməyi unutmayın.

Buna da baxın

Sirkənin cildə faydaları

Whatsapp ilə Paylaş Sirkə, dəri problemlərini aradan qaldırmaqda və dəriyə gözəllik qatmaqda olduqca təsirlidir. Sirkə …