Əsas səhifə / Əsas menu / Sağlamlıq / Limonun 8 müxtəlif məqsədlə istifadəsi
Bizi mobildən daha sürətli  izləyin

Limonun 8 müxtəlif məqsədlə istifadəsi

liLimonun 8 müxtəlif məqsədlə istifadəsi

Limonun tərkibində C vitamini və dəmir, fosfor və kalsium kimi mühüm minerallar var. Anti-bakteriyal və antioksidant xüsusiyyəti ilə fərqli məqsədlərlə istifadə olunacaq son dərəcə faydalı bir meyvədir.

Dəri üçün

Limon dəri üçün olduqca əhəmiyyətli bir meyvədir. Aparılan araşdırmalara görə, dəridəki problemləri aradan qaldırır, qırışları azaldır və yaraların sağalmasını təmin edir. Bir-iki damla hindqozu suyu ilə limon suyunu qarışdırıb dərinizə çəkib gözləyin. Daha sonra üzünüzü yaxalayın. Dərinizin yumşaq və parlaq olamsını hiss edəcəksiniz.

Dişlər üçün

Diş ağartmada karbonatla (soda ilə) qarışdırılaraq istifadə edilməsi təklif edilən limon suyu diş məcunundan həm daha təsirli, həm də daha ucuz bir üsuldur.

Dodaq çatlaması

Əgər soyuq havalarda dodaqlarınızın çatlayıb qurumasından narahat olursuzsa, yatmazdan əvvəl dodaqlarınıza limon suyunu çəkin və səhər yuxudan oyanarkən yuyun. Ölü dərinin asanlıqla yox olduğunu fərq edəcəksiniz.

Saçlar üçün

Əgər saçınız hər hansı bir boya yoxdursa saçlarınızın uclarına limon suyu çəkərək günəş altında saxlayın. Qısa bir müddət sonra saçınızın rənginin açılmağa başladığını görəcəksiniz.

Dırnaqlar üçün

Bir çay qaşığı zeytun yağı ilə bir neçə damcı limon suyunu qarışdıraraq dırnaqlarınızı çəkin. Qısa bir müddət saxlandıqdan sonra yaxalayın. Nizamlı olaraq həftədə ən az 2 dəfə bunu tətbiq edin, zəif və tez quruyan dırnaqlarınızı yaxşı təsir edəcəkdir.

Arıqlamaq üçün

Antioksidant xüsusiyyəti ilə kilo verməyi dəstəkləyən limon suyunu səhərlər aç qarına bir stəkan suyun içində damcı-damcı içməyi təcrübədən keçirin. Qısa müddətdə çəkinizin azaldığını hiss edəcəksiniz.

Həzm üçün

Həzm sistemini tənzimləyici təsiri olan limon mədə yanmasına, mədə pozğunluğu və qaz problemlərinə yaxşı təsir edir.

Sağlamlıq üçün

Bütün virus xəstəliklərə qarşı tərkibindəki zəngin C vitamini nisbəti sayəsində qoruyucu təsiri olan limon yeyərək müqavimət qabiliyyətinizi yüksək saxlaya bilərsiniz.


Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …