Əsas səhifə / Əsas menu / Gözəllik / Lobya bişirilən suyu atmayın
Bizi mobildən daha sürətli  izləyin

Lobya bişirilən suyu atmayın

lob

Lobya olduqca faydalı məhsuldur. Onun tərkibində A, C, E, K, B qrupu vitaminlər, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var.

Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar mövsümdə hər gün yaşıl lobya yeməlidir. Bu ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.

Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün də çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq. Ümumillikdə gözəllik paytaxtı sayılan Fransada mətbəxində yaşıl lobya çox tez-tez istifadə olunur.

Lobya bişirilən suyu atmayın – bu su ilə üzünüzü yuyun. Bu üz dərisi üçün çox faydalıdır – dərini cavanlaşdırır, daha hamar və elastik edir.

Digər paxlalı bitkilər kimi, yaşıl lobya zülallarla zəngindir. Bu zülallar orqanizm tərəfindən çox yaxşı mənimsənilir.
Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları orada yığılan toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

Arıqlamaq istəyirsinizsə, hər gün 1 qida qəbulun əvəzinə 200 qr yaşıl yobya suda bişirin və yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də arıqlayacaqsınız. Lobyanın tərkibində olan bəzi maddələr orqanimdə piyin əriməyinə kömək edir.

Şəkərli diabet xəstələri üçün də yaşıl lobya xeyirlidir – qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir. Yaşıl lobyanın tərkibində arginin aminturşusu var ki, bu maddə orqanizmə insulunə oxşar təsir edir.

Buna da baxın

Daha canlı və təravətli cild üçün 5 peeling tərifi

Whatsapp ilə Paylaş  Hamının xəyalı gözəl, parlaq və hamar bir dəriyə sahib olmaqdır. Bu xəyalımızı …