Əsas səhifə / Manşet / Mədə ağrılarına son verən içki
Bizi mobildən daha sürətli  izləyin

Mədə ağrılarına son verən içki

mədə probleminin təbii həlliİsveçrəli  alim Alfred Vogel diqqət etməli olduğunuz  məqamları açıqladı. İşə gedərkən və ya adi günlərdə təmiz havada gəzin. Mədə problemlərinə qidalanma ilə yanaşı qidalanmaq qaydasının da böyük təsiri vardır.

Belə ki, yemək yeyərkən mümkün qədər danışmayın. Eyni zamanda qidanı daha yaxşı çeynəyin ki , mədə daha asan həzm edə bilsin. Əgər yorğunluq səbəbindən aclıq hiss etmirsinizsə, bir qədər istirahət edərək, aclıq hissinizin yaranmasına şərait yaradın. Bundan əlavə isti yeməyin üstündən dondurma, soyuq su  içmək mədəyə olduqca zərəlidir.

Qidalanma proqramı hazırlayın

İlk əvvəl  mədənizə uyğun bir qidalanma proqramı da hazırlaya bilərsiniz. İsveçrəli  alim Alfred Vogel diqqət etməli olduğunuz  bəzi nöqtələr olduğunu izah edir. Məsələn, ağ şəkər yerinə qara şəkər istehlak etmək, mədənin həzminə  çox  faydalıdır. Sirkə kimi mədə turşusunu artırıcı sousları da istifadə etməməyə diqqət edin. Mədə yanması probleminiz varsa, isti suya çiy kartof doğrayarak için. Kartof fikri cazibədar gəlmədisə, kök suyu və ya kələm suyunu da sınaya  bilərsiniz. Faydasını görəcəksiniz. Ayrıca bir stəkan suya bir damla nanə yağını qarışdırın və için. Suyun dadını gözəlləşdirən nanə yağı mədə yanmasının da qarşısını alır.

Tərəvəz suları çox faydalıdır

Meyvə və tərəvəz sularının nə qədər faydalı olduğunu uşaqlıq illərindən bəri öyrəndik. Ancaq hansı meyvə suyunun nəyə yaxşı gəldiyini də bilirsinizmi? Məsələn, kök suyu qan dövranına və bağırsaqların işinə kömək olur.

Eyni zamanda kök suyu soyuqdəymənin də dərmanıdır.

Dəmir əskikliyi olanlar isə çuğundur suyu içməlidir. Çünki, çuğundur suyunun hər 100 qramında 5 qram dəmir var. Xüsusilə iki yaşına qədər körpələr, hamilələr və menopozdakı qadınlar daha çox istehlak etməlidir.

Kərəvəz şirəsi də bədəndəki artıq  toksinlərin atılmasını təmin edir.

Bədəninizin yenilənməsini və təmizlənməsini istəyirsinizsə, pomidor suyu içə bilərsiniz. Çünki, erkən yaşlanmağın qarşısını almaqda böyük təsiri var.

Süd yerinə qatıq istehlak edin

İndiyə qədər mədəyə faydalı olduğu mövzusunda mütəxəssislər tərəfindən bir çox yemək tövsiyə edilmişdir. Ancaq bunların arasında süd fikri yalnışdır. Alfred Vogel  südün yerinə qatığı təklif edir. Çünki qatıq, süd kimi mədədə laxtalanmağa səbəb olmur. Qatığın bir digər xüsusiyyəti isə bağırsaqların işinə kömək etməsidir. Bu da həzm sisteminə olduqca faydalıdır. Daha da faydalı olmasını istəyirsinizsə, yeməkdən əvvəl istehlak etməyə diqqət edin.

 Mədənin düşmənlərindən biri olan qəhvə, əslində başqa orqanlara da böyük zərər verir. Qəhvənin istədiyiniz zaman  oyaq qalmağınızı  təmin etdiyi müzakirə edilməz bir həqiqətdir. Ancaq uzun müddət istifadə edildiyində  sinirlərə mənfi təsir göstərir.

Buna da baxın

Bu vərdişlər böyrəklərinizə zərərlidir

Whatsapp ilə Paylaş Böyrəklər tullantı və həddindən artıq mayeləri sidik yolu ilə atılmasını təmin edən …