Əsas səhifə / Əsas menu / Ailə / Məktəbdən qorxan uşaqlarla necə davranmalı?
Bizi mobildən daha sürətli  izləyin

Məktəbdən qorxan uşaqlarla necə davranmalı?

k

Məktəbə yeni başlayan uşaqlarda həyəcan və qorxu halları baş verir. Bəs bunun necə qarşısını ala bilərik?

İlk dəfə məktəbə gedən uşaqlar həyəcanlarını, qorxularını demirlər. Bu hal qarın ağrısı, baş ağrısı və iştahanın azalması kimi reaksiyalarla baş verir. Həyəcanları bu tərzdə ortaya çıxır. Bu növ əlamətləri uşağı dilə gətirməklə azalda bilərik.

Uşaqlarınıza məktəbə gedirsən, “artıq oyun oynamaq yoxdur” və ya “böyüdün artıq dərslə məşğul olacaqsan” kimi sözlər deməyin. Unudulmamalıdır ki uşaqlar müəyyən yaşa qədər oyunlar oynamalıdır. Məktəbin başlaması bu vəziyyəti dəyişdirmir. Uşaqlarınıza təzyiq etmək əvəzinə maraq yaradaraq, məktəblə bağlı motivasiya yaradın.

Məktəb narahatlığı problemi təkcə ibtidai məktəbdə yox, böyük sinif uşaqlarında da baş verə bilər. Rüsvay olmaq qorxusu və ya təhsil qüsurlarının olması uşaqlarınızı gərginliyə sala bilər. İctimai mühitdə özünü tapa bilmirsə, dost münasibətləri yaxşı deyilsə, uşaqlarınız məktəbə başlama dövrünü narahat keçirirlər. Gərgin imtahanlar da məktəb narahatlığını daha da artıra bilər.

Bu dövrün rahat keçməsi üçün ailələr sakit davranmalıdırlar. Uşaqlar ailələrin narahatlığını başa düşərək məktəbə qarşı məsafə saxlaya bilirlər. Valideynlər məktəbin ilk gününü gözəl bir gün kimi əks etdirməlidirlər və bu tərzdə yaşatmalıdırlar. Uşağı daim məktəbə aparmaq, yanaşı oturmaq istəyi də uşaqda özünə inam problemini yarada bilər. Ailələr müəllimlərə etimad etməlidir. Çünki onlar bu hallara qarşı nə etməyin lazım olduğunu çox yaxşı bilir. Ailələr uşaqlarının cəmiyyətin bir üzvünə çevrilməsi üçün imkan verməlidir.

Uşaqlarınıza “Sənin üçün saçımızı ağardırıq”, “İstəyimiz dərslərini oxumağındır”, “Məşğul olmasan, oyun oynamağı qadağan edərik, həyətə düşməyə qoymarıq, gəzməyə aparmarıq!” kimi, təzyiq üslublu yanaşmalardan istifadə etməyin. Bu vəziyyət uşağı öz gələcəyi üçün yox, ailələri üçün dərs etməyə sürükləyəcək. “Bizim üçün dərs oxusun” deyilirsə, uzunmüddətli uğur əldə edilməz və uşağınız yarı yolda bezib imtina edə bilər. Proqramlar, oyunlar quraraq dərs etməsi təmin olunmalıdır.

Uşaqlarımıza məktəb dövrü çox intizamlı bir şərait qurub, tətillərdə tamamilə azad şərait yaradırıq. Bu vəziyyət uşaqlarda həyatı dərk etmək prizmasında uğursuzluğa səbəb olur. Uşaqlar idman fəallıqları ilə istiqamətləndirilməlidir. Uşaqlar yay aylarında məktəbi üçün darıxır, məktəb vaxtında isə istirahət etmək istəyir. Uşaqlar tətildə davamlı televizor, kompüter və telefonla məşğul olur. Yatma-qalxma saatları, gün ərzində olan ekran vərdişləri məktəblərin açılmasına yaxın bir prosesdə azaldılmalıdır. Uşaqlarınızın formada olması baxımından bu çox mühüm bir davranışdır. Çünki istirahətdə uşaqların məhdudiyyətsiz hərəkət etməsini istəmirik.//Deyerler.org

Buna da baxın

Dəmir əskikliyinin əlamətləri

Whatsapp ilə Paylaş Bədənin dəmir mineralına olan ehtiyacının artması və ya qidalardan lazımı qədər dəmirin …