Əsas səhifə / Manşet / “Mələyin göz yaşları” piroqu
Bizi mobildən daha sürətli  izləyin

“Mələyin göz yaşları” piroqu

Tərkibi:

  • 160 qr un
  • 80 qr kərə yağı
  • 2 ç/qaşığı şəkər tozu
  • 1 ç/qaşığı qabartma tozu
  • 1 yumurta sarısı
  • 1 x/qaşığı xama

Krem üçün:

  • 500 qr kəsmik
  • 100 qr xama
  • 3 yumurta sarısı
  • 200 qr şəkər tozu
  • 10 qr vanil
  • 2 x/qaşığı manna yarması

Qlazur üçün:

  • 4 x/qaşığı şəkər tozu
  • 4 yumurta ağı

Hazırlanması:

Unu şəkər tozu və qabartma tozu ilə qarışdırırıq. Daha sonra soyuq kərə yağı ilə unu əl ilə qarışdırırıq. 1 yumurta sarısını əlavə edib qarışdırırıq. 1 x qaşığı xaam əlavə edib qarışdırmağa davam edirik. Bir qədər qarışdırdıqdan sonra 15-20 dəqiqə soyuducuda saxlayırıq.

Kremin hazırlanması:

Kəsmiki əzirik.Üzərinə xama əlavə edirik. Daha sonra yumurta sarılarını, vanil və şəkər tozu da əlavə edərək, bir maddə halına gələnə qədər qarışdırırıq. Üzərinə manna yarması əlavə edib qarışdırmağa davam edirik. Üzərini örtərək 20-30 dəqiqə otaq temperaturunda gözlədirik.
Xəmiri soyuducudan çıxaraq yayırıq. Unla və ya salafan üzərində yaya bilərsiniz. Siniyə yağlı kağız üzərinə lavaşı qoyub soyuducunun buzluqunda 20-30 dəqiqə gözlədirik. Soyuducudan çıxardıqdan sonra 180 dərəcəlik sobada 15 dəqiqə buzunun açılmasını təmin edirik. Daha sonra kəsmikli kremi əlavə edib yenidən 160 dərəcəlik sobada 30 dəqiqə bişiririk.

Qlazur:

Yumurta ağını beze halına gələnə qədər qarışdırırıq. Daha snra az-az əalvə edib qarışdırmağa davam edirik.
Piroqu sobadan çıxardıqdan sonra üzərinə qlazuru əlavə edərək yayırıq. 15 dəqiqə 160 dərəcəlik sobada bişiririk. Bişdikdən sonra 1-2 dəqiqə gözlədikdən sonra yenidən isti sobaya qoyun. (soba sönmüş olsun. Məqsəd temperatur dəyişməsi ilə üzərində gözə yaşlarının formlaşmasıdır.)

Buna da baxın

Gəlin çantası şirniyyatı

Whatsapp ilə PaylaşTərkibi: 1 ədəd yumurta 1 qəhvə fincanı şəkər tozu 3 x/qaşığı duru yağ …