Əsas səhifə / Manşet / Mən kiməm?
Bizi mobildən daha sürətli  izləyin

Mən kiməm?

s_edited

“Ağlı kəsməyə başlayandan bəri”, bütün insanlar özlərinə bu sualı verir – Mən kiməm?

Axı dünyada ayağının biri və ya hər ikisi olmayan o qədər insan varkən niyə sənin 2 ayağın var? O qədər xəstə varkən sən niyə sağlamsan? O qədər” çirkin” insan varkən sən niyə “yaxşı görünürsən?”

Demək ki, Allah səni digər insanlardan fərqləndiribsə, sənin sıradan, adi olmağa haqqın yoxdur. Məncə hər bir insan dünyaya bir missiyanı həyata keçirmək üçün gəlib…

“MƏNİM KİMLİYİM, MƏNİM KİM OLDUĞUM DEMƏK DEYİL,MƏNİM KİM OLMAQ İSTƏDİYİMDİR”

Yəni, həyat sizə hər şeyi vermiş olmaya bilər, siz sizə verilənlərlə qane olsanız, istədiyiniz kimliyə bürünə bilməyəcəksiniz amma çatışmayan cəhətlərinizi aşkarlayıb, onları bərpa etməyə çalışsanız … Bax o zaman sizə lazım olan kimliyi qazanacaqsınız!

Yəni, məsələn: 26 yaşına qədər rus dili bilməyən birinin bununla barışması –onun ömrünün sonuna qədər rus dili bilməməsi deməkdir. Amma rus dilinin vacibliyini anladığı vaxt öyrənməyə başlasa, yenə də sadəcə bir neçə ilini itirmiş olacaq, bütün ömrünü yox!

Həyat bizə çox seçimlər verir… Və biz bu seçimlərdən hansı bizim əxlaqımıza, tərbiyəmizə daha çox uyğundursa, onu seçirik. Və seçdiklərimiz bizim kimliyimizi formalaşdırır. Həyatda harada durmaq istədiyinizə özünüz qərar verirsiniz. Və bu qərarlar sizə yön verir. “Karma” və “Secret”də olduğu kimi siz həyata hansı enerjini versəniz, eynisi sizə geri dönəcək.

Bir 50 yaşlı pasientimin dediyi kimi “Mən heç vaxt düşünmürdüm ki, necə ola bilər hamının oğlu olsun, mənim yox?! Və 3-cü uşağım oğlan oldu.”

Seçdiyiniz peşənin ən mükəmməli olun. Əks halda heç o yeri məşğul etməyin!
Çünki siz kiminsə yerini və arzularını zəbt etmiş olursunuz!

“Kamil bir palançı olsada insan,
Yaxşıdı yarımçıq papaqçılıqdan”

Və s… Bu sıranı artırmaq olar.

Çünki, nə qədər situasiya varsa, sizin kimliyiniz də ona uyğun dəyişər. Yəni, sizin normal haldakı kimliyinizlə, mübahisə əsnasındakı kimliyiniz fərqlidir. Əsas odur, işin özülündə “keyfiyyətli insan”olsun. “Keyfiyyətli insan” hər situasiyada özünə uyğun kimlik sərgiləyir.

Əfsanə Rüstəmova
Ailə və uşaq məsələləri üzrə mütəxəssis, psixoloq

Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …