Əsas səhifə / Əsas menu / Xəbər / “Mənim içimdəki azəri sevgisi çox fərqlidir”
Bizi mobildən daha sürətli  izləyin

“Mənim içimdəki azəri sevgisi çox fərqlidir”

“Mənim içimdəki azəri sevgisi çox fərqlidir”

Tofiq Quliyevin mahnısını oxuyan türkiyəli danışdı

Tofiq Quliyevin mahnısını oxuyan türkiyəli danışdı

“O səs Türkiyə” yarışmasının son iştirakçısı Cansu Çavus sözləri Rəsul Rzanın, musiqi Tofiq Quluyevin “Yalqızam yalqız” mahnısını ifa etdi və bununla da yarışmanın seçim mərhələsi başa çatdı.Cansu Çavuşu seçən Gökhan Özoğuz “mən çoxdandı komandama bir Azərbaycan mahnısı oxuyan istəyirdim, hətta sənin azəri olduğunu sandım”, – dedi. Cansu isə Azərbaycan sevgisindən danışdı.

Yarışmaya Ankaradan gəldiyini deyən iştirakçı bildirdi ki, o, Qazi Universitetində “Gözəl sənətlər” fakültəsində oxuyur.

“Mənim atam da musiqiçidir və bu sevgi mənə ondan keçib ”, – deyən gənc iştirakçı Azərbaycan mahnısı seçməyinin səbəbini də açıqlayıb:

“Mənim içimdəki azəri sevgisi çox fərqlidir. Bunu anlatmağa çətinlik çəkirəm. Çox, çox, başqa… Azərbaycandan danışanda həyacanlanıram. Bilmirəm nədəndir. Azəri deyiləm. Atam Selanik köçmənidir. Amma sizin səmimiyyətiniz, sadəliyiniz və adətləriniz məni sizə bağlayır. Bu başqa bir duyğudur”.

Cansu Azərbaycan mahnısını təkcə “O səs Türkiyə”də səsləndirməyib. Özü deyir ki, indiyədək bütün səhnə aldığı konsertlərdə mütləq Azərbaycan mahnısı oxuyub:

“Xüsusilə də, “Şan” festifalında və şan təhsili üçün verilən konsertlərdə mən mütləq bir dənə də olsa Azərbaycan mahnısı oxumuşam. Çünki sizin sənətə xüsusi marağım var və gələcəkdə dərs versəm, bunu təbliğ edəcəm”.

Maraqlı məqamlardan biri də budur ki, Cansu oxuduğu mahnının yazarını və bəstəkarını tanıyırmı?

Cansunun bu sualımıza cavabı da maraqlı oldu:

“Onları kim tanımaz ki? Musiqi ilə məşğul olan insan Tofiq Quliyevi necə tanımaya bilər? Mən oxuduğum əsərlərin tarixini bilərək səsləndirirəm”.

Ankarada yaşayan Cansunun çoxlu azərbaycanlı dostları var və ən böyük arzusu Azərbaycanda olmaqdır:

“Hər zaman azərbaycanlı dostlarımla çox yaxşı yola getmişəm, onlarla dostluğum safdır. Çox istəyirəm ki, gedib Bakını gəzim. İnşallah, bir gün bu arzum yerinə yetər. Bilirsiniz, bəzən mən düşünürəm ki, görəsən, niyə azərbaycanlı olmamışam. Kaş orada doğulaydım. Amma yaxşı ki, biz qardaşıq, ikimizin də soyu türkdü. Bununla qürur duyuram”.


publik.az

Buna da baxın

Hadisə bacısı ilə alış-verişdə – Foto

Whatsapp ilə PaylaşHadisə bacısı ilə alış-verişdə – Foto Türkiyəli müğənni Hadisə bacısı Dərya Açıkgözlə alış-veriş …