Əsas səhifə / Manşet / Mərcili kələm dolması
Bizi mobildən daha sürətli  izləyin

Mərcili kələm dolması

h

Bütün ailənizin bəyənəcəyi mərcili kələm dolmasını sizdə hazırlayın.

Tərkibi:

1 st yaşıl mərci
1 st incə bulqur
1 orta boy kələm
1.5 stəkan su
Yarım dəstə cəfəri
1 böyük soğan
2 xörək qaşığı pomidor püresi
100 qr qiymə
1 xörək qaşığı quru nanə
Duz
qara bibər
1 qəhvə fincanı zeytun yağı
1 limon

Hazırlanması:

Mercini yuyub süzün. İsti suda yarım saat saxlayın. Kələmin yarpaqlarını ayırıb qaynar suda 5 dəqiqə qədər qaynadın və süzün.

Cəfərini təmizləyib doğrayın. Soğanı soyub doğrayın. Mərcini bir qaba tökün Qiyməni öz yağıyla azca qovurun. Bulquru cəfərini, soğanı, tomat pastasını, duz və qara bibəri əlavə edib qarışdırın. Kələm yarpaqlarının böyüklərini iki parçaya ayırın Kələmi adi qaydada büküb bir tavaya yığın. Dolmanın üzərinə zeytun yağını gəzdirin və su əlavə edin. Ən sonda dolmalaın üstünü bir düz boşqabla bağlayıb tavanın qapağın ağzına qoyun vam odda 45 dəqiqə bişirin.

Nuş olsun!

Buna da baxın

Göbələk dolması

Whatsapp ilə Paylaş Göbələk dolması Lazım olan ərzaqlar: 500 qr göbələk 500 qr qoyun əti …