Əsas səhifə / Əsas menu / Gözəllik / Məşhur kosmetika markalarının adı necə yaranıb?
Bizi mobildən daha sürətli  izləyin

Məşhur kosmetika markalarının adı necə yaranıb?

a

Dünyanın ən məşhur kosmetika brendlərinin adlarının mənasını və yaranma tarixçəsini təqdim edir.

Lumene – marka Finlandiyada yerləşən gölün şərəfinə adlandırılıb. Şirkətin mərkəzi ofisi də məhz burada yerləşir.

Colgate – 1806-ci ildə şirkət Vilyam Kolqeyt tərəfindən təsis edilib. “Kolqeyt” ispancadan tərcümədə “get və özünü as” deməkdir.

ORLY – şirkətin yaradıcısı Cef Pink markanı həyat yoldaşının şərəfinə adlandırıb.

Menard – şirkətin adı qədim yunan mifologiyasından götürülüb. Menada şənlik və şərab allahı Dionisin həyat yoldaşı olub.

Miraculum – kosmetika istehsalçısı olan şirkət 15 iyul 1924-cü ildə həkim Leon Lyuster tərəfindən yaradılıb. O, insanları daim gənc və gözəl saxlayacaq möcüzəvi məhsul (latıncadan tərcümədə “Miraculum” möcüzə deməkdir) yaratmaq istəyirdi.

Gilette – birdəfəlik təraşın ixtiraçısı Kinq Kemp Jillett şirkəti 50 yaşında qurub.

STYX – kosmetik marka 1975-ci ildən istehsal olunur, onun adı avstriyalı əczaçıların soyadı olan “Stix”dən gəlir.

DOVE – ingilis dilindən tərcümədə “göyərçin” deməkdir.

Schwarzkopf – bu, şirkətin qurucusu, kimyaçı Hans Şvartskopfun soyadıdır.

Bourjois – şirkət 1863-cü ildə Aleksandr Napoleon Burjua tərəfindən yaradılıb.

Garnier – 1904-cü ildə Alfred Qarnye saçlar üçün ilk toniki yaradıb.

Max Factor – karyerasının ilk illərində qurucu Maks Faktor Rusiya İmpertaror teatrlarının aktrisalarını bəzəyirdi. Daha sonra o, Amerika kino sənayesinin mərkəzinə – Los-Ancelesə köçür və burada ilk mağazasını açır.

Revlon – kosmetik marka 1932-ci ildə Çarlz və Cozef Revson qardaşları və kimyaçı Çarlz Lahman tərəfindən yaradılıb. Şirkətin adındakı “L” hərfi kimyaçının şərəfinədir.

PAYOT – həkim Nadin Payo əsl gözəllik resepti yaradıb.

Yves Rosher – şirkətin yaradıcısının adı İv Roşe olub.

Estee Lauder – təsisçi Esti Lauderin şərəfinə adlandırılıb.

Clarins – kosmetik şirkət Kurten-Klarins ailə şirkətində yaranıb. Təsisçi Jak Kurten-Klarins bu cümləni tez-tez təkrarlayardı: “Heç vaxt məhsul satmayın, müştəri qazanın”.

BeYu – markanın adı ingiliscə “be yourself” sözünün qısaldılmış versiyasıdır, “özün kimi ol” deməkdir. Şirkətin əsası 1999-cu ildə Almaniyada qoyulub.

Vichy – bu, Fransada termal mənbələri ilə tanınan şəhərdir. Şirkətin təsisçisi bu şəhərə gəldiyi zaman əlindəki yaranın sağalmasını istəyirdi. Onun istəyi reallaşdı. Daha sonra o, müalicəvi sular əsasında kosmetika məhsulları yaratdı. //buro247.az