Əsas səhifə / Əsas menu / Xəbər / Məşhur türk aktrisa şokdadır
Bizi mobildən daha sürətli  izləyin

Məşhur türk aktrisa şokdadır

Məşhur türk aktrisa şokdadır

xeberici

“O qətli gördüm”

Türkiyənin gənc və populyar aktrisalarından biri, “Zengin kız, fakir oğlan” serialında oynayan Yağmur Sevgi Koysal şok yaşayıb.

İstanbulun Beşiktaş səmtindəki restoranlardan birində olduğu zaman o, cinayətə şahid olub.

Pul alınıb-verilməsi məsələsi ilə bağlı yaranan qovğada Cezmi İzler adlı şəxs güllələnərək qətlə yetirilib.

Olayla bağlı İstanbuldakı 7-ci Ağır Cəza Məhkəməsindəki prosesə aktrisa şahid qismində çağırılıb.

Koysal tətiyi çəkən adamı tanımayıb, amma olay barədə belə danışıb: “O qətli gördüm. Tapança səsi eşitdim. Hamı yerə uzandı, mən isə pəncərəyə tərəf yönəldim. Bir adam qaçırdı. Az sonra iki atəş səsi eşidildi, qaçan adam yerə sərildi”.