Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Məşhur Türk lokumunu evdə hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Məşhur Türk lokumunu evdə hazırlayın

lokum

Məşhur Türk lokumunu evdə hazırlayın

Tərkibi:

-1.5 litr süd
-1 su st.un
-1 su st. şəkər tozu
-1 paket vanil
-1 x/q. kərə yağı və ya marqarin
-1 paket krem şanti
-1 su st. kakos

Hazırlanması:

1 litr südün içərisinə un və şəkər tozunu əlavə edib, qarışdıraraq bişirin. Ocaqdan götürməyə yaxın, yəni qatılaşmağa başlayanda kərəyağını və vanili əlavə edib, qarışdırın. Qarışımı ocaqdan götürüb, 10-15 dəqiqə mikserlə çalın. Böyük bir qabın içərisinə kakos səpin. Üzərinə hazırladığınız südlü qarışımı tökün və soyumağa qoyun.

1 stəkan soyuq südün içərisinə toz krem şanti tökülür və mikserlə çalınaraq, hazırlanır. Hazırlanan kremi, soyumağa qoyduğunuz qarışımın üstünə astaca tökün. Şirniyyatı 1 gecə soyuducuda saxlayın. Ertəsi günü şirniyyatı uzun, düzbucaq dilimlər şəklində kəsin. Üzərini fındıq və qoz ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Evdə çizburger

Whatsapp ilə Paylaş Evdə çizburger Tərkibi: 100 q ət 1 yumurta 1 çimdik duz 1 …