Əsas səhifə / Manşet / Mətbəx əşyalarına qulluq
Bizi mobildən daha sürətli  izləyin

Mətbəx əşyalarına qulluq

f

1. Yeməyi qızdırdıqda onun çuğun tavaya yapışmasını istəmirsinizsə, təzə çuqun tavanı odun üzərinə qoyub içinə duz tökün və möhkəm qızdırın. Soyuduqdan sonra tavanı həmin duz ilə sürtün. Sonra duzu boşaldıb tavanı quru salfetlə silin, içinə piy çəkib odun üstündə dağ edin.

2. Çini qabları istifadə etməzdən əvvəl təzə halda bir neçə saatlığa soyuq su altında saxlayın, sonra isə isti su ilə yaxalayın. Belə etsəniz qablarınız daha möhkəm və davamlı olar.

3. Çini qablarda ləkəni aparmaq üçün yuduğunuz suyun içinə bir az naşatır spirti əlavə edin. Bu zaman su isti olmalıdır, əks təqdirdə qablarınızın bəzəkləri formasını itirə bilər.

4. Qızıl suyuna çəkilmiş çini qabları soda ilə yumayın, rəngləri solar.

5. Çini qabları çox isti suda yumayın, qabın şirəsi partlayar. Onları ilıq su və sabunla yuyub, soyuq suda yaxalamaq lazımdır.

6. Saxsı qablardakı çatlamış yerləri tutmaq üçün qabın içinə bir neçə parça qənd salıb güclü odun üstünə qoyun. Qənd əriyib bütün çatlamış yerləri tutacaq, quruduqdan sonra bərk kütləyə çevrilərək çatlaq yerləri tutacaq və maye sızmayacaq.

Buna da baxın

Ayağın altına yapışdırın və möcüzə təsiri görün

Whatsapp ilə Paylaş  Gün ərzində yorğunluqdan sonra ayaqlardakı ağrılardan əziyyət çəkirsinizsə, evdə tətbiq edəcəyiniz adi …