Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şirniyyatlar / Mətbəx sirləri: Al yanaqlar peçenyesi
Bizi mobildən daha sürətli  izləyin

Mətbəx sirləri: Al yanaqlar peçenyesi

Mətbəx sirləri: Al yanaqlar peçenyesi

Al yanaqlar peçenyesi

Peçenyelərin hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

200 q kərə yağı
1 st. xama
3 st.un
4 x.q. şəkər tozu
1 çimdik duz
10 q qabartma tozu
12 xırda alma
1 yumurtanın ağı + şəkər tozu (üzərinə)

(qeyd: 1 st.=250 ml)

Unu qabartma tozu, duz və şəkər tozu ilə qarışdırın.

Ərinmiş yağ, xama əlavə edib xəmir yoğurun.

Xəmiri paketə büküb soyuducuya qoyun.

Almaların qabığını soyub iki bölün. Cecəsini çıxarın.

Xəmiri 24 yerə bölüb kündələyin.

Kündəni yayın. Ortasına almanın yarısını kəsiyi yuxarı olmaqla qoyun. Xəmirin kənarlarını almanın üstünə gətirib birləşdirin.

Bütün kündələri bu qaydada hazırlayın.

Hər peçenyenin qabarıq tərəfini yumurta ağına, sonra isə şəkər tozuna batırın.

Yağlanmış siniyə “tikişi” üzü aşağı olmaqla düzün.

170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Bişəndə alma peçenyenin içində zərif kremə çevriləcək, üzəri isə nazik şirin qazmaq kimi ləzzətli olacaq.

Nuş olsun!


Al yanaqlar peçenyesi1

Al yanaqlar peçenyesi2

 

Milli.Az