Əsas səhifə / Manşet / Mətbəx sirləri
Bizi mobildən daha sürətli  izləyin

Mətbəx sirləri

j

Qüsursuz masanın ilk əlaməti təmiz və ütülü süfrələrdir.

Süfrələrinizin gözəl və səliqəli görünməsi üçün onları yuduqdan sonra islaq şəkildə səliqə ilə qatlayıb yığın. Bir müddət saxladıqdan sonra açıb qurudun. Bu zaman onları rahat ütüləyə bilərsiniz. Bu qaydanı mələfələr və kətan parçadan olan digər əşyalara da tətbiq edə bilərsiniz.

Yumurtanın tez və yaxşı çalınması üçün ona bir qədər duz eləvə edin.

Düyü, noxud, lobya və digər bu kimi qida məhsullarının uzun müddət xarab olmadan saxlamaq üçün onları saxladığınız qabın içinə 1-2 diş sarımsaq qoyun.

Tərəvəzlərin keyfiyyətlərini itirməməsi, tərkibində olan vitamin və mineralların parçalanmaması üçün onları vam odda və ağzı qapalı halda bişirin.

Əti suda bişirərkən ilk yarım saatda qabı qapamayın ki, ətin tərkibindəki zərərli maddələr buxarlansın. Ətin kəfini təmiz aldıqdan sonra duzlayın, qabı qapayın və əti vam odda bişirin.

Tərəvəzli xörəklər hazırlayarkən kök və çuğundurdan istifadə edəcəksinizsə, onların rənginin bir-birinə qarışmaması üçün əvvəlcə kökü yağda qazardın, sonra çuğunduru əlavə edib bişirin.

Buna da baxın

5 qaşıq dieti

Whatsapp ilə Paylaş Arıqlamaq üçün ilk əvvəl yediyimiz qidaların kalori dəyərinə, daha sonra miqdarına əhəmiyyət …