Əsas səhifə / Manşet / Mətbəxin ən vacib detalı: Bıçaqlar
Bizi mobildən daha sürətli  izləyin

Mətbəxin ən vacib detalı: Bıçaqlar

8037.jpg.680x420_q100_crop-smart

Əslində bıçaqların ömrü sandığınız qədər də qısa deyil. Onları daha uzun müddət istifadə etmək üçün bir neçə məsələyə diqqət etsəniz kifayətdir.

Bıçaq alarkən nələrə diqqət etməlisiniz?

  • Mətbəxdə uzun müddət rahatlıqla istifadə edə biləcəyiniz bıçaqlar alarkən, onun görünüşünə çox da fikir verməyin. Çalışın uzun, qalın və iti bıçaqlar alasınız.

  • Məcbur olmadıqca set halında bıçaqlar satın almayın. Onun yerinə həqiqətən işinizə yarayacaq iki növ bıçaq almaq çox daha yaxşı bir seçimdir. Çünki, setin içindən çıxan bıçaqların çoxu işə yaramır.

  • Alacağınız bıçağın paslanmayan poladdan hazırlanmış olmasına diqqət edin. Paslanmayan poladdan hazırlanan bıçaq ərp bağlayaraq yeməyinizin dadını pozmaz.

  • Taxta dəstəyi olan bıçaqlarınızı əsla qab maşınında yumayın. Taxta sudan təsirləndiyi üçün, bıçağınızın ömrü azalacaq.

  • Xüsusilə də polad olmayan bıçaqlarınızın tez ərplənməməsi üçün yuduqdan sonra bezin köməyiylə yaxşıca qurulamaq lazımdır.

Bıçaqları necə itiləməlisiniz?

Hər evdə olan qəzet kağızı ya da bir qəhvə fincanı ilə bıçaqlarınızı itiləyə bilərsiniz. İtiləmək istədiyiniz bıçağı qəzet kağızına ya da stəkanın alt qisiminə sürtün.

 

Qadinklubu.com

Buna da baxın

Ərpi təmizləməyin yolları

Whatsapp ilə PaylaşMətbəxdə ən böyük problemlərdən biri də çaydanların qaralması və içərisində ərpin yığılmasıdır. Çaydanlarınızda …