Əsas səhifə / Əsas menu / Foto / Madonna Rianna və Ledi Qaqanı üstələdi – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Madonna Rianna və Ledi Qaqanı üstələdi – FOTO

Madonna Rianna və Ledi Qaqanı üstələdi – FOTO

Madonna

Məşhur Forbes jurnalı 2013-cü ilin nəticələrinə görə dünyada ən çox gəlir əldə etmiş 25 sənətçinin reytinqini açıqlayıb.

Milli.Az bildirir ki, reytinqə amerikalı müğənni, dünya pop-musiqisinin kraliçası Madonna liderlik edir.
2-ci yerdə Ledi Qaqa, 3-cü yerdə isə “Bon Jovi” var.

Madonnanın 125 milyon dollarlıq illik gəlirinin əsasını konsertlərə bilet satışları, habelə “Material Girls” geyim brendi və “Truth or Dare” parfümünün satışlarından əldə edilən pullardır.

Ledi Qaqa bu ilin əvvəlindən 80 milyon, “Bon Jovi” isə 79 milyon dollar qazanıb.
Ən çox gəlir əldə edən musiqiçilərin ilk onluğunda sonrakı yerlərdə Tobi Kit (65 milyon dollar), “Coldplay” rok-qrupu (64 milyon), 19 yaşlı kanadalı müğənni Castin Biber (58 milyon), kantri-müğənni Teylor Svift (55 milyon), Elton Con (54 milyon), Beyons (53 milyon) və kantri ifaçısı Kenni Çesni (53 milyon) var.

Reytinqin sonrakı yerlərində reper Paf Deddi ($50 milyon), Pol Makkartni (47 milyon), Kelvin Harris (46 milyon), Cennifer Lopes (45 milyon), Rocer Uoters (44 milyon), “Muse” (43 milyon), Rianna (43 milyon), Cey Zi (42 milyon), “One Direction” (42 milyon) və Doktor Dri (40 milyon), “Rolling Stones” (39 milyon), “Red Hot Chili Peppers” (40 milyon), Keti Perri (39 milyon), Tim Makqro (33 milyon) və Pink (32 milyon) qərarlaşıblar.
 XƏBƏRİN ŞƏKİLLƏRİ ÜÇÜN TIKLAYIN…


Buna da baxın

Ledi Qaqa küçənin ortasında yarıçılpaq gəzdi – Foto

Whatsapp ilə PaylaşLedi Qaqa küçənin ortasında yarıçılpaq gəzdi – Foto Qəribə imici ilə hər zaman …