Əsas səhifə / Manşet / Makaron salatı
Bizi mobildən daha sürətli  izləyin

Makaron salatı

makaron salati

Tərkibi:

  • 250 qr makaron (istənilən növ)
  • 2-3 xörək qaşığı mayonez
  • 2 yerkökü
  • 2 xiyar
  • 2 xiyar turşusu
  • 1 limon suyu
  • 2-3 diş sarımsaq
  • 2-3 xörək qaşığı qatıq
  • 1 stəkan konservləşdirilmiş yaşıl noxud
  • duz
  • quru nanə

Hazırlanması:
Makaronu qaynadıb suyunu süzərək soyuması üçün bir kənarda gözlədin.  Sarımsaqları sürtgəcdən keçirin. Bir qabda  qatıq, mayonez, əzilmiş sarımsaq, limon suyu və nanəni qarışdırın.
Bu qarışığı makaronların üzərinə əlavə edin. Xiyar, xiyar turşusu və qaynadılmış yer kökülərini kiçik-kiçik doğrayıb makarona əlavə edin. Daha sonra  noxudu, duzu və quru nanəni əlavə edərək qarışdırın.
Nuş olsun!

Buna da baxın

Köpdən xilas olmanın yolları

Whatsapp ilə Paylaş Bağırsaqda havanın olması normal fizioloji haldır. Bu bağırsağın tonusda olması və bağırsağın …