Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Sulu yeməklər / Makaronlu noxud şorbası -Resept
Bizi mobildən daha sürətli  izləyin

Makaronlu noxud şorbası -Resept

h

Doyumlu və gün ərzində tox saxlayan ləziz şorba resepti hazırlamaq üçün:

Ərzaqlar:

4 yemək qaşığı zeytun yağı
1 ədəd soğan
1 ədəd yerkökü
2 kərəviz sapı
2 diş sarımsaq
3 ədəd pomidor
6 stəkan su
1 stəkan qaynadılmış noxud
Yarım paket yumru makaron
Duz, istiot

Hazırlanması:

Soğanı doğrayıb zeytun yağında qızarana qədər qovurun. Doğranmış kərəviz, sarımsaq, pomidor və yerkökünü yağ-soğana əlavə edib 3 dəqiqə qızardın. Üzərinə isti su töküb 25-30 dəqiqə zəif odda bişirin. Makaron və qaynadılmış noxudu da əlavə edib makaron yumşalana qədər bişirin. Zövqə görə duz, istiot da əlavə edib isti-isti süfrəyə verə bilərsiniz.
Nuş olsun!

Buna da baxın

Hamiləlik dövründə belə yatsaz, ayaqlarda şiş olmaz…

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar hamiləliyin axır aylarında sağ tərəfdə yatmağın dölün ölü doğulma riskini …