Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyaj edərkən rəng çalarlarının seçilməsi
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj edərkən rəng çalarlarının seçilməsi

j

Kosmetik vasitələrdən istifadə edərkən rəng çalarlarının bir-birilə düzgün uyğunlaşdırılması gözəl nəticələr əldə etməyin vacib şərtidir.

1. Gözləri göy, dərisi ağ sarışın xanımlar üçün:

Kirşan – azca çəhrayıya çalan açıq rəngli
Dodaq boyası – çəhrayı
Ənlik – çox açıq rəngli, çəhrayıya çalan
Qaşlar üçün karandaş – boz
Sürmə – mavi, boz, gümüşü
Tuş – mavi və ya tünd göy

2. Dərisi və saçları tunc rəngə çalan qonur, yaşıl gözlü sarışın xanımlar üçün:

Kirşan – qızılı rəngə çalan, ya da açıq qəhvəyi
Dodaq boyası – mərcani
Ənlik – dodaq boyasından bir qədər açıq rəngli
Qaşlar üçün karandaş – qəhvəyi
Sürmə – gözlərin rənginə uyğun, yaşıl və ya qəhvəyi
Tuş – qəhvəyi və ya qara

3. Göygöz, dərisi ağ olan qara saçlı xanımlar üçün:

Kirşan – açıq çəhrayı
Dodaq boyası – bənövşəyi çəhrayı və ya moruğu qırmızı
Ənlik – dodaq boyasından bir qədər açıq rəngli
Qaşlar üçün karandaş – qara
Sürmə – mavi, ya da boz
Tuş – tünd göy, ya da qara

4. Qara gözlü, qarabuğdayı, qara saçlı xanımlar üçün:

Kirşan – qızılı-ərik, zeytuni, ya da bozumtul
Dodaq boyası – qırmızı, ya da açıq albalı rəngində
Ənlik – sarıya çalan qırmızı
Qaşlar üçün karandaş – qara
Sürmə – gözlərin rənginə uyğun, ya da yaşıl
Tuş – tünd göy, ya da qara
Ardı var…

Buna da baxın

Ev şəraitində göz ətrafına qulluq qaydaları

Whatsapp ilə PaylaşEv şəraitində göz ətrafına qulluq qaydaları Göz ətrafında olan xırda qırışlar hər bir …