Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyaj eləmək istəmirəm, nə edim?
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj eləmək istəmirəm, nə edim?

makkkkk

Makiyaj eləmək təəssüflər olsun ki, filmlər, seriallar, ətrafımızdakı insanlar və ən əsas da kosmetik məhsulları istehsal edən markaların reklamları sayəsində həyatımızda bir standarta çevrilib. Artıq vəziyyət elə hala gəlib ki, dərisində heç bir problem olmayan gənc qızlar belə, gündəlik həyatlarında makiyajsız gəzmir. Dərilərinin nəfəs almağa ehtiyac duyduğu bir dönəmdə, onu kosmetik vasitələrlə həbs edirlər.

“Makiyaj eləmək istəmirəm” deyən qadınların sayı getdikcə artsa da,  həm təbii, həm gözəl qalmanın yolları çoxlarına çətin gəlir. Ancaq “nə edə bilərəm?” sualını öz-özünüzə verməyə başlamısınızsa, Qadinklubu.com-un təqdim etdiyi bu yazını oxuyun.

Əgər siz və ətrafınız sizi daim makiyajlı görməyə alışıbsa, makiyajı buraxmaq bir qədər çətin olacaq. Makiyajın verdiyi saxta gözəlliyə çox tez alışılır və bundan vaz keçmək asan olmur. Əgər kosmetik vasitələrdən imtina etmək istəyirsinizsə, amma çox alışmısınızsa, hər gün bir qədər azaltmaqla makiyaj edin.  Məsələn bir gün tonal kremi azaldın, bir gün gözlərinizə sürmə çəkməyin, digər gün dodaq boyanızın rəngini bir qədər sönük edin və s. Beləcə, zamanla bir-bir makiyaj vasitələrindən imtina edin. Bu zaman özünüzü makiyajsız görəndə, pis hiss etməyəcəksiniz. İnsan beyninin radikal görüntü dəyişikliklərini qəribə qəbul etməsi normaldır, amma bunu minimuma endirmək əlinizdədir. Özünüzü və ətrafınızdakıları  yavaş-yavaş alışdırın.

Makiyajı buraxmaq dəriyə qulluğu da  da buraxmaq demək deyil.  Əgər dəriyə qulluğu  buraxsanız, bir müddət sonra görüntünüzdə xoşagəlməz vəziyyət yaranar. Baxım kremləri, maskalar, nəmləndiricilər makiyajsız da dərinizin parlaq və canlı görünməsinə kömək ola bilər.

Makiyaj əksikliyini örtməyin başqa bir yolu isə, saçlara diqqəti çəkməkdir. Gözəl saçların insanı ən az majiyaj qədər gözəl göstərdiyi reallıqdır.

Hətta makiyaj yerinə doğru geyim kombinləri eləsəniz, qəbul elədiyimiz bütün bu kimyəvi, zərərli kosmetik vasitələrin nə qədər lazımsız olduğunu anlayacaqsınız.

Buna da baxın

Sirkənin cildə faydaları

Whatsapp ilə Paylaş Sirkə, dəri problemlərini aradan qaldırmaqda və dəriyə gözəllik qatmaqda olduqca təsirlidir. Sirkə …