Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyaj fırçaları
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj fırçaları

fır

Tonal Krem Fırçası

Bu fırçaların ən önəmli xüsusiyyəti yumşaq tüklü olması və asanlıqla idarə edilə bilməsidir. Yumru ucluqlu tonal krem fırçaları makiyaja ilk başlayanlar üçün ideal seçimdir. Çünki bu fırçalar ilə tonal kremi üzünüzə rahatlıqla çəkə bilərsiniz. Digər tonal krem fırçaları sərt tüklü olan fırçalardır. Bu fırçalarla BB krem kimi tonal kremləri üzünüzə çəkərək, daha yaxşı nəticə əldə etmiş olarsınız.

Pudra Fırçası

Pudra fırçası ilə dairəvi hərəkətlərlə pudranı tonal kreminizə sabitləyə bilərsiniz. Pudra fırçası alarkən üzünüzün böyüklüyünə uyğun fırça seçin, çünki istifadəsi daha rahat olar.

Ənlik Fırçası

Ucu kəsik və yastı ənli fırçalarının digər adı “flat” fırçalardır. Bu fırçaları həm ənlik, həm də kontur üçün istifadə edə bilərsiniz.

Göz kölgəsi Fırçası

Göz makiyajı üçün olmazsa olmazlardan biri göz kölgəsi fırçalarıdır. Bu fırça ilə kölgəni göz qapağınıza rahatlıqla vura bilərsiniz. Tək rəng kölgəli göz makiyajınızı tamamlamağınız üçün bu fırça kifayətdir.

Qələm fırça

Göz aydınlatmaq, dərinlik qatmaq və kirpik diblərinə kölgə çəkmək üçün qələm fırça istifadə edə bilərsiniz.

Blending Brush ( Göz kölgəsini qarışdırma fırçası)

Gözün qatlanma yerini kölgələndirmək üçün qarışdırma fırçasına üstünlük verməyinizi tövsiyyə edirik. Blending brush ilə burun kənarlarını da konturlaya, yanaqlarınıza aydınlıq gətirmək üçün istifadə edə bilərsiniz.

Eyeliner Fırçası

Jel eyeliner üçün incə və ya kəsik uclu fırçalar var. Çox incə fırçaların kontrolu daha çətindir.

 

Qeyd:Makiyaj fırçalarınızı hər dəfə istifadə etdikdən sonra təmizləməyiniz tövsiyyə edilir. Fırçaya fırça təmizləyici spreyi sıxıb, salfet vasitəsilə fırçanı asanlıqla makiyaj qalıqlarından azad edə bilərsiniz.

Buna da baxın

Makiyajla “cool” görünmək üçün 6 məsləhət

Whatsapp ilə Paylaş Hər qadın özünü gözəl hiss etmək istəyir. Gün ərzində baxımlı görünmək üçün …