Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyaj təmizləyici vasitə reseptləri
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj təmizləyici vasitə reseptləri

makyaj

Makiyaj təmizləyici vasitə reseptləri

Qadınların ən çox istifadə etdikləri qulluq vasitələrindən biri də makiyaj təmizləyicisidir. Dərini təmiz saxlamaq çox önəmlidir. Ona görə də hər bir makiyaj edən xanım bilir ki, gecə yatmazdan öncə mütləq üzünü təmizləməlidir. Ancaq makiyaj təmizləyici vasitələrin heç də hamısı təbii tərkibli olmur

və dəriyə əks təsir göstərə bilir. Həm pulunuzu israf etməmək, həm də dərinizi korlamamaq üçün Publika.az-ın təqdim etdiyi makiyaj təmizləyicisi reseptlərini sınaqdan keçirin.

Quru dəri üçün:

1/2 stəkan zeytun yağı ilə 1/2 stəkan gül suyunu təmiz bir şüşəyə töküb çalxalayın. Bu qarışıqla həm dodaq, həm göz, həm də üz makiyajını təmizləyə bilərsiniz. Üzü yumağa ehtiyac yoxdur. Hər dəfə istifadədən öncə qarışığı çalxalayın.

Normal və yağlı dəri üçün:

1 ədəd kiçik, rəndələnmiş xiyarı 1 stəkan südün içərisinə töküb qaynadın. Daha sonra suyunu süzn. Südü şüşəyə doldurun. Bu qarışığın ömrü azdır. Həftədə bir dəfə yenidən hazırlamaq lazımdır.

Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …