Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyaj təmizləmək üçün təbii vasitələr
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj təmizləmək üçün təbii vasitələr

t'bii vasitelerle makiyaj temizleme

Mətbəxinizdə olan  ərzaqları makiyaj vasitəsi kimi də istifadə edə bilərsiniz. Belə ki, makiyajınızı təmizləmək üçün istifadə edəcəyiniz təbii vasitələr eyni zamanda kosmetik vasitələrdən yorulan dərinizi də təravətləndirəcək. Tək etməli olduğunuz iş bütün kosmetik vasitələrdən istifadə edərkən etdiyiniz  kimi gözlərinizə dəyməməsini təmin etməyinizdir.

Qadinklubu.com  makiyaj vasitəsi kimi istifadə edəcəyiniz təbii vasitələri təqdim edir:

Qatıq

Qatığı bir qabda qarışdırıb krem halına gətirdikdən sonra üzünüzə sürtün, pambıqla silib yuyun. Qatığın tərkibindəki mayalarla dəri yenilənmiş kimi görünəcək.

Badam yağı, zeytun yağı, kokos yağı

Makiyaj təmizləmənin təbii yolları dedikdə ağıla gələn badam yağıdır. Ancaq zeytun və kokos yağı da eyni təsiri göstərir. Bu yağlardan birini üzünüzə sürtün. Sonra iki dəfə pambıq parça ilə silib ilıq su ilə yuyun. Bu yağlar, həm makiyajınızı təmizləyəcək, həm də dərinizi qidalandırıb bərpa edəcək.

Vazelin

Vazelini üzünüzə yavaş-yavaş dairələr yaradaraq çəkin. Bir neçə dəfə təmiz pambıq parça ilə silin. Makiyajdan sonra dərinizin nəfəs almağa ehtiyacı var və vazelin dərinizdəki dəlikləri örtəcək. Buna görə də makiyajınızı sildikdən sonra ilıq su ilə yuyun.

Xiyar və süd

1 kiçik ölçülü xiyarı rəndələyin. 250 ml südlə birlikdə qızdırın. Alınan qarışımı süzüb pambıqla üzünüzü silin.

Buna da baxın

Daha canlı və təravətli cild üçün 5 peeling tərifi

Whatsapp ilə Paylaş  Hamının xəyalı gözəl, parlaq və hamar bir dəriyə sahib olmaqdır. Bu xəyalımızı …