Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyaj vəsaitlərinin istifadə müddəti
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj vəsaitlərinin istifadə müddəti

makiyaj vasitələrinin istifadə müddəti

Hər şey kimi makiyaj vəsaitlərinin də bir istifadə müddəti var. Ancaq aparılan araşdırmalara görə yalnız 4 qadından 1-i makiyaj vəsaitlərinin son istifadə tarixlərinə diqqət edir. Qadınların ən uzun müddət istifadə etdiyi kosmetik vəsaitlərinin başında göz kölgəsi gəlir. Normalda göz kölgəsi istifadə müddəti 1 il, ancaq Avropada bu nisbət 6 il uzanır. 2 illik dodaq boyasını 4 il, 1 illik tonal kremi   3 il istifadə edən qadınlar sağlamlıqlarını riskə atdıqlarını bilmir. 6 aylıq istifadə müddəti olan tuş  isə ümumiyyətlə 2 il ərzində makiyaj çantasındakı yerini qoruyur. 2 illik pudralar isə 3 il istifadə edilir. Halbuki tarixi keçən kosmetik vəsaitlərinin yol açdığı bakteriyalar və toksinlər çox ciddi xəstəliklərə yol aça bilir.
Məhsulların son istifadə tarixləri   üzərində bildirilir. Başqa əhəmiyyətli bir nöqtə isə açıldıqdan sonra məhsulu istifadə müddəti göstərən PAO (Period After Opening yəni açıldıqdan sonrakı rəf ömürü) işarəsi. Bu işarə qapağı açıq qab şəkilinin içində sayı və “M” hərfindən ibarətdir. Games Proqramlar şəklinin içində “3M” yazırsa bu məhsulun açıldıqdan sonra 3 ay içində istehlak edilməsi lazım olduğunu göstərir. Kosmetika məhsullarının eynilə paltarlar kimi nizamlı olaraq təmizlənməsi lazımdır. Belə olan halda daha uzun müddət istifadəyə yararlı olacaqlar.
Fırçaları 2 həftədə bir yuyun. Süngəri isə hər istifadədən sonra mütləq yuyun.
İstifadə etdiyiniz məhsulu açıq saxlamayın. Qapağını mütləq  bağlayın.

Fırça nəmli yerdə saxlamayın.
Məhsullar, həddindən artıq istiyə məruz qalmamalıdır. Eyni zamanda kosmetik məhsulları, duş kimi nəm nisbətinin yüksək olduğu yerlərdə saxlamaq olmaz.
Makiyaj  vəsaitlərini istifadə etməzdən əvvəl mütləq əllərinizi yuyun.
Makiyaj  vəsaitlərinizi başqalarıyla paylaşmayın.
Rəngi ​​və qoxusunda dəyişiklik fərq etdinizsə dərhal atın.
Məhsulu ən son nə zaman istifadə etdiyiniz xatırlamırsınızsa, bir daha istifadə etməyin.

Makiyaj vəsaitlərinin istifadə müddətlərinin keçməsi necə bilinər?
Tonal: konsistensiyası köhnəyə nisbətlə daha tünd, tərkibində topluluqlar yaranıb, rəngində və qoxusunda dəyişikliklər meydana gəlibsə, demək vaxtı keçmişdir. Tonal kreminizin  uzun ömürlü olmasını istəyirsinizsə hər istifadədən sonra ağızını silin və möhkəmcə bağladığınızdan əmin olun. Tonal kreminizi  işıqlı, isti və nəmli mühitlərdə saxlamayın.
Kirpik üçün tuş: Quruyur və çətin çəkilir. Qadınlarbəzən qurumuş tuşu kirpik üçün  sulandıraraq istifadəyə davam edir. Göz sağlamlığınız üçün qurumuş bir tuşu  əsla sulandıraraq istifadə etməyin.
Dodaq boyası: Rəng və qoxuları dəyişər, yumşalar və yağlanar. Dodaq boyanızın  daha uzun ömürlü olmasını istəyirsinizsə həddindən artıq isti və soyuq mühitlərdən uzaq saxlayın.
Dırnaq boyası:  matlaşır, rəng verici maddə  ayrılıb şüşənin dibinə çökür, rəngi dəyişir, parlaqlığını itirir. Hər istifadədən sonra şüşənin ağzını asetonla təmizləyin.

Buna da baxın

Makiyajda yol verilən 10 səhv

Whatsapp ilə PaylaşHəddən artıq bağlayıcı istifadə etmək Bağlayıcı tonunu səhv seçmək və çox istifadə etmə, …