Əsas səhifə / Manşet / Makiyaj vasitələrinizi belə təmizləyin
Bizi mobildən daha sürətli  izləyin

Makiyaj vasitələrinizi belə təmizləyin

makyaj_df87b64a-385b-4ec7-9b76-0086cfc4ce11_1

Sağlam və gözəl bir dəriyə sahib olmaq üçün makiyajınızı hər gecə yatmamışdan əvvəl mütləq təmizləməlisiniz. Bundan əlavə, həftədə ən az bir dəfə istifadə etdiyiniz  makiyaj vasitələrini də təmizləməyi unutmayın. Makiyaj zamanı ən çox istifadə edilən, fırçalar və süngərləri təmizləmək çətin görünsədə, əslində sadə yolu var. Sizlərə həmin yolu təqdim edirik.

İlıq su hazırlayın

İçərisinə bir neçə damla şampun tökdüyünüz, geniş bir qabda ilıq su hazırlayın.  Qeyd edək ki, qab əllərinizi hərəkət etdirə biləcəyiniz genişlikdə olmalıdır.

makyaj_6a3c2d14-5485-4244-80fc-6497b09b4fba_1

Makiyajdan təmizləyin

Fırçalarınızı və süngərlərinizi suyun içinə qoyun. Makiyaj vasitələrinin rəngləri tamamilə özünə gələnə qədər, yüngülcə sıxın.

makyaj_bf252fce-8920-4b0a-a440-c15ea7d1d5c8_1

Yaxalayın

Makiyaj vasitələrinizi qabın içindən çıxardın və ilıq suda yaxşıca yaxalayın. Diqqət edin ki, fırça və süngərlərinizdə şampun qalmasın. Əks halda, dərinizə mənfi təsir göstərə bilər.

makyaj_1f4c414c-4f4f-4d17-84d8-e9b1f9b42a26_1

Qurulayın

Quru bir dəsmal köməyi ilə yumşaq hərəkətlər ilə fırçalarınızın və süngərlərinizi qurulayın. Bir sonrakı dəfə istifadə zamanı yaxşı bir nəticə almaq istəyirsinizsə,makiyaj vasitələrinizi tamamilə quruduğunda əmin olun.

Asın

Fırçalarınızı qurutmaq üçün onu başıaşağı asın. Bu zaman fırçanızın forması pozulmayacaq.

Tələsizsinizsə…

Yumaq qədər yaxşı nəticə verməsə də, əgər tələsirsinizsə  fırçalarınızı makiyaj təmizləmə salfetləri ilə təmizləyə bilərsiniz.

Buna da baxın

Ev “ximçistkası” – ləkələri aparırıq

Whatsapp ilə Paylaş Bəzən ləkələr xanımlar üçün ciddi problemə çevrilir. Müasir  ləkə aparmaq üçün olan xüsusi …