Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajda uyğun rəng çalarları
Bizi mobildən daha sürətli  izləyin

Makiyajda uyğun rəng çalarları

1

Kosmetik vasitələrdən istifadə edərkən rəng çalarlarını bir-birilə düzgün uyğunlaşdıra bilsəniz, gözəl nəticələr əldə etmiş olarsınız.

1. Göy, ya da qonur gözləri olan, ağ dərili, qızılı-kürən saçlı qadınlar üçün:

Kirşan – açıq, dəri rəngində ya da sarıyaçalan rəngdə
Dodaq boyası – yerkökü rəngində, ya da bənövşəyi çəhrayı rəngdə
Ənlik – dodaq boyasından bir az açıq
Qaşlar üçün karandaş – açıq qəhvəyi rəngdə
Sürmə – mavi, boz, bənövşəyi rənglər
Tuş – qəhvəyi

2. Yaşıl və ya ala gözlü, qəhvəyiyə çalan kürən saçlı xanımlar üçün:

Kirşan – dəri rəngində
Dodaq boyası – qırmızı, ya da yerkökü rəngində
Ənlik – dodaq boyasından bir az açıq
Qaşlar üçün karandaş – qəhvəyi
Sürmə – gözlərin rənginə uyğun
Tuş – qəhvəyi

3. Ağ dərili, qara saçlı xanımlar üçün:

Kirşan – qızılı, ya da şaftalı rəngində
Dodaq boyası – qara gözlərdə: açıq qırmızı, ya da kərpici qırmızı; açıq rəngli gözlərdə: çəhrayı
Ənlik – dodaq boyasından bir qədər açıq rəngdə
Qaşlar üçün karandaş – qara
Sürmə – gözlərin rənginə uyğun
Tuş – qəhvəyi, qara, ya da tünd qəhvəyi

4. Qaragöz, qarabuğdayı, qara saçlı xanımlar üçün:

Kirşan – azca tünd, dəri rəngində, ya da qızılı
Dodaq boyası – kərpici qırmızı, ya da al-qırmızı
Ənlik – dodaq boyasının rənginə uyğun
Qaşlar üçün karandaş – qara
Sürmə – gözlərin rənginə uyğun
Tuş – qara

Buna da baxın

Makiyajla burun kiçiltmək – Video

Whatsapp ilə Paylaş Burnunuz istədiyiniz kimi deyilsə, böyük olmasından şikayətçisinizsə, bu problemi kosmetika vasitəsilə aradan …