Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajda yol verilən 10 səhv
Bizi mobildən daha sürətli  izləyin

Makiyajda yol verilən 10 səhv

Həddən artıq bağlayıcı istifadə etmək

makiyajda bu səhvlərə yol verməyin

Bağlayıcı tonunu səhv seçmək və çox istifadə etmə, qırışıqlıqlarınızı ortaya çıxarır və sizi yaşlı göstərir.

Alt kirpiklərə həddindən artıq tuş çəkmək

makiyajda bu 10 sehve yol vermeyin

Alt kirpiklərə tuş çəkməkdə məqsəd kirpikləri dənə-dənə göstərərək gözləri daha təsir edici hala gətirməkdir. Ancaq tuşu həddən artıq tətbiq etməklə diqqəti gözlərinizə deyil, gözətrafı qırışlara yönəldəcəksiniz.

Yanlış dodaq boyası tonunu seçmək

en-sik-yapilan-makyaj-hatalari-7091783Dodaq boyanız, görünüşünüzdə möcüzələr yarada bilər. Ancaq səhv dodaq boyası seçimi hər şeyi məhv edə bilər. Əgər incə dodaqlara sahibsinizsə, çox tünd dodaq boyasından uzaq olmalısınız, çünki bu dodaqlarınızı daha da incə göstərəcək.

Tünd rəng kölgələri səhv bölgəyə tətbiq  etmək

makiyajda bu 10 sehve yol vermeyin.Jpehg

Bütün göz qapağına kölgə tətbiq etmək sizi yaşlı göstərir. Gözünüzün yalnız kənar qisimlərinə kölgə tətbiq edin.

Gözlərin altına tünd rəngli qələm çəkmək

makiyajda bu 10 sehve yol vermeyin.Jpehg.Jpefg

Gözün alt qisminə çəkilən  tünd rəng göz qələmi gözlərinizi kiçik göstərir. Gözlərinizin daha iri görünməsini istəyirsinizsə açıq rəng göz qələmi istifadə edin.

Ənliyi almacıq sümüklərinə çəkmək

makiyajda bu 10 sehve yol vermeyin.Jpegfd

Əvvəlcə çox tünd ənlik rəngləri seçməyin. Şaftalı və çəhrayı tonları idealdır. Ənliyi üzünüzün ortasına, almacıq sümüklərinizə tətbiq etmək yerinə saç diblərinizə yaxın bölgələrə tətbiq edin.

Qaşları çox  vurğulamaq

makiyajda bu 10 sehve yol vermeyin.Jpegds
Qaşlarınızın daha qalın görünməsi üçün tünd rəng qaş qələmi istifadə edirsinizsə imtina edin. Bu sizi baxımsız göstərməkdən başqa bir işə yaramayacaq.

Bağlayıcı istifadə etməmək

makiyajda bu 10 sehve yol vermeyin.Jpegdsf
Göz altı bənövşəlikləri bir çox insanın problemidir. Xüsusilə irəliləyən yaşlarda daha da artır. Gözlərinizin altına tətbiq etdiyiniz incə bir qat bağlayıcı ilə bu probleminizdən xilas ola bilərsiniz.

Dodaq qələmini şişirtməkmakiyajda bu 10 sehve yol vermeyin.Jpeghg

Dodaq qələmi ilə dodaq kənarlarını vurğulamaq dodaqlarınızı daha seksual və şəkilli göstərəcək. Ancaq dodaq boyanızdan  çox daha tünd rəngdə və qalın bir xətt sizi dəbdən düşmüş göstərməkdən başqa bir şey etməyəcək.

Həddindən artıq pudra istifadəsi

makiyajda bu 10 sehve yol vermeyin.Jpeggf

Dərini hamar göstərmək və makiyajı tamamlamaq üçün pudra istifadəsi lazımlıdır. Lakin, T bölgəsinin yağlanılmasına maneə törətmək üçün pudra seçərkən çox diqqətli olmalısınız. Eyni zamanda gözlərinizin ətrafına pudra çəkməyin. Bu dərinizi quru göstərəcək və qırışlarınızı vurğulayacaq.

Buna da baxın

Sizi yaşlı göstərən 9 səhv

Whatsapp ilə Paylaş Gözəl və düzgün makiyaj sizi həm gənc, həm də sağlam göstərir. Ancaq bəzən …