Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajınızda bu rənglərə üstünlük verin – Vizajist məsləhəti
Bizi mobildən daha sürətli  izləyin

Makiyajınızda bu rənglərə üstünlük verin – Vizajist məsləhəti

niMakiyajınızda bu rənglərə üstünlük verin – Vizajist məsləhəti

Hər fəslin özünəməxsusluğu var. Ancaq yaz əksər xanımların sevdiyi fəsildir. Havalar isinir, günəş parıldayır, əhval yüksəlir və təbii ki, xanımların gözəl görünmək istəyi də artır. Ancaq əlbəttə ki, gözəl görünmək üçün mövsümün dəbini də bilmək vacibdir. Odur ki, dəblə uyğunlaşmağı sevən xanımları nəzərə alaraq, yazın makiyaj rəngləri ilə bağlı tanınmış vizajist Nigar İbrahimovanın fikirlərini ötəqdim edirik.

Nigar İbrahimova bildirib ki, bu il marsall rənglər dəbdədir. Xanımlar sadə (soft) makiyaja üstünlük verməlidir. Dodaqlar ön planda olmalıdır. Makiyajda mat bordo, kərpic rənglər seçilməlidir: “Şaftalı rəngləri bu il də aktualdır. İsti rənglər – fil sümüyü, qəhvəyi də bu ilin dəbi sayılır. Kərpic rəngin saçlarda, makiyajda istifadə olunması məsləhətdir. Soyuq, xəstəhal görünən gözlər üçün isə kərpic tonlarından deyil, qara tonlardan istifadə olunmalıdır. Onu da deyim ki, bu il düz qaşlar dəbdədir. Xanımlar qaşlarını aypara, qırıq qaş formasında düzəltdirməsinlər. Taxma kirpiklər də artıq dəb deyil”.

O ki qaldı saç rənglərinə, vizajist konyak, kərpic, fındıq, qəhvə tonlarında olan boyalardan istifadə etməyi məsləhət görüb.

Nigar İbrahimova aksessuar sevən xanımlara da məsləhət verib. Onun sözlərinə görə, boynu uzun xanımlar uzun sırğalar taxsınlar. Uzun sırğa yaraşmayan xanımların incə, az vurğulu, rənglərdə yaşıllığı olan aksessuarlar seçməsi məsləhətdir. Ümumiyyətlə isə, bu il açıq bürünc, rəngində sarı az olan aksessuarlar dəbdədir.