Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajinızı təbii yolla təmizləyin
Bizi mobildən daha sürətli  izləyin

Makiyajinızı təbii yolla təmizləyin

ret

Bitki mənşəli qarışım

Kəklikotu, badam və quşburnu ilə mükəmməl makiyaj təmizləyicisi hazırlaya bilərsiniz. 3 damcı badam yağı, 3 damcı quşburnu yağı, 1 damla kəklikotu yağı və 1 damcı E vitamini ampülünü qabda yaxşıca qarışdırın və pambıq ilə üz dərinizə sürtün. Bu qarışıq cilddəki yağ nisbətini tarazlaşdırır. Beləcə üz dərisi artıq yağdan təmizlənir. Tərkibindəki quşburnu yağı isə üz dərinizi qoruyur və qırışıqların qarşısını alır. Quşburnu yağından makiyajdən öncə də istifadə edə bilərsiniz. Makiyajınızın qalıcılığını artırıb, üz dərinizə parlaqlıq qazandırır.

Xiyar və süd

Bir ədəd xiyarı rəndələyin. Qazana yarım litr süd əlavə edin, rəndələdiyiniz xiyarı əlavə edin. 10 dəqiqəyə yaxın zəif odda qaynadın. Ancaq çox qaynamamasına diqqət edin. Daha sonra bu qarışığı süzərək şüşəyə əlavə edin. Bu təmizləyicini soyuducuda saxlaya bilərsiniz. 4-5 gün içində istifadə edib bitirin, daha uzun müddət istifadə etməməyə diqqət edin.

Zeytun yağı

Adətən saçlara qulluqda istifadə edilən zeytun yağını makiyaj təmizləyicisi kimi istifadə edə bilərsiniz. Pambığa zeytun yağı damladın və üzünüzü təmizləyin. Zeytun yağı göz makiyajınızı təmizləyərkən kirpiklərinizi də qidalandırmış olur. Zeytun yağının tərkibindəki təbii yağ asitləri göz ətrafındakı qırışıqların azalmasına kömək edir. Zeytun yağından başqa badam yağından da istifadə edə bilərsiniz. Ancaq zeytun yağı istifadə etmək quru üz dərisinə sahib xanımlar üçün daha uyğundur.
foxy.az

Buna da baxın

Ballı və zeytun yağlı nəmləndirici üz maskası

Whatsapp ilə Paylaş Mütəxəsislər dərinizə nəmlilik qazandırmaq və mükəmməl bir dəriyə sahib olmaq üçün hər zaman …