Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajınzı düzgün təmizləyirsiniz?
Bizi mobildən daha sürətli  izləyin

Makiyajınzı düzgün təmizləyirsiniz?

makiyaj-temizleme

Makiyajınzı düzgün təmizləyirsiniz?

Makiyaj təmizləmək, çox asan görünən amma üz dərisi üçün vacib olan məsələlərdən biridir. Üzünüzdən makiyajınızı düzgün şəkildə  təmizləmək istəyirsinsizsə aşağıdakı məsləhətləri diqqətlə oxuyun:

Həssas bölgələrdən başla

Mövzu makiyaj təmizləmək isə, gözlərimiz ən həssas bölgəmizdir. Bu səbəblə, makiyaj təmizləmə əməliyyatına gözlərinizdən başlamalısınız. Gözlərinizin ətrafındakı dəri çox həssas olduğu üçün, nəm dəsmallar və ya kremləri o bölgələrə zərər verə bilər. Buna görə, bu bölgələr üçün xüsusi təmizləmə sularından istifadə etməlisiniz. Göz makiyajı təmizləmə suyunu bir pambığa tökün, gözünüzü bağlayın və bir neçə saniyə pambığı gözünüzün üzərində tutun. Yaxşıca yumşalan makiyajı, bu şəkildə daha rahat təmizləyə bilərsiniz.

Makiyajını təmizləmə vaxtıdır

Növbəti mərhələ üz dərinizdəki makiyajı təmizləməkdir. Nəm dəsmal və kremləri bu mərhələdə istifadə edə bilərsiniz. Pambığa tökdüyünüz təmizləmə kremi vasitəsi ilə üzünüzdəki tanal kremi yaxşıca təmizləyin. Pomadanızı təmizləmək üçün isə başqa pambıqdan istifadə edin.

Dərinin təmizliyinə əmin ol

Nəm dəsmallar və kremlər yalnız makiyajınızı təmizləmək üçün istehsal olunur. Yəni bu məhsullar dərinizi tam şəkildə təmizləmir. Makiyajdan təmizlənən dərinizi tonik vasitəsi ilə təravətləndirin. Daha sonra nəmləndirici istifadə edin.

Buna da baxın

Kapron corablar göbələk yarada bilər

Whatsapp ilə Paylaş Deyirlər,-“Gözəllik qurban tələb edir”. Amma göəzl olmağa çalışarkən sağlamlığınızı da qurban verməli …