Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajla burun kiçiltmək – Video
Bizi mobildən daha sürətli  izləyin

Makiyajla burun kiçiltmək – Video

k

Burnunuz istədiyiniz kimi deyilsə, böyük olmasından şikayətçisinizsə, bu problemi kosmetika vasitəsilə aradan qaldıra bilərsiniz.

Konturdan istifadə edərək, burun cizgilərini qabartmaq və əks istiqamətdə görünməsini təmin etməklə daha kiçik burun görüntüsü əldə etmək mümkündür.

Bunun üçün Qadınklubu.com-un təklif etdiyi üsuldan faydalana bilərsiniz.

Burnun önə çıxmasını istədiyiniz bölgələrinə ağardıcı, gizlətmək istədiyiniz nahiyyələrinə isə dəri rənginizdən 2 ton tünd olan tonal krem və ya korrektordan istifadə edə bilərsiniz.
İlk öncə qaşların bitmə nöqtəsindən başlayaraq, burnun ucuna qədər nazır bir xətt çəkin. Daha sonra həmin xətti çox da aşağı yayılmaması şərtilə yayın. Tam yayıldığına və süni görüntü qazandırmadığına əmin olduqdan sonra, həmin konturun daxili hissəsinə dəri rənginizə uyğun bir ağardıcı tətbiq etməklə həmin hissəni nəzərə çarpan hala gətirin.

Beləliklə burnunuz daha kiçik bir görüntü qazanmış olacaq.

Buna da baxın

Makiyajda uyğun rəng çalarları

Whatsapp ilə Paylaş Kosmetik vasitələrdən istifadə edərkən rəng çalarlarını bir-birilə düzgün uyğunlaşdıra bilsəniz, gözəl nəticələr …