Əsas səhifə / Əsas menu / Gözəllik / Makiyajla yatanda cildimizdə nələr baş verir
Bizi mobildən daha sürətli  izləyin

Makiyajla yatanda cildimizdə nələr baş verir

h

Etiraf edək ki, hər birimiz ən az bir dəfə də olsa, makiyajımızı silmədən yatmışıq.

Yorucu bir iş həftəsi, ya da uzun keçən bir gecədən sonra sevdiyi makiyajını silməyə tənbəllik edir insan. Sadəcə bir dəfə silinməsəm heç nə olmaz deyə düşünürük. Amma yanılırıq. Bu tənbəllik səhvləri ayda-ildə bir də olsa cildinizdə ciddi zərərlərə yol aça bilər. Bu səhvi nə qədər sıx təkrarlasanız, ziyan da o qədər çox böyüyəcək.

Dərimizin xüsusiliyindən biri gecələr yeni hüceyrələrlə özünü yeniləməsidir. Makiyajla yatmaqsa bu prosesə mane olaraq, cildinizə ziyan verir. Bu vəziyyəti ayda ildə bir təkrarlamaq belə, cildinizdə ziyana səbəb olacaq.

Korrektor

Əgər korrektor gün boyu cildinizdə qaldısa, bu o deməkdir ki, bütün ətrafdakı çirk hələ də cildinizdədir. Yatmamışdan əvvəl korrektor təmizlənməzsə, səhər aynada sızanaqlarla qarşılaşa bilərsiniz.

Tonal krem

Tonal kremin təşkil olunduğu böyük hissəciklər və piqmentlər gün ərzində qırılaraq dəriyə hopur və ətrafdakı çirkliliyə səbəb olan bakteriyalar da eyni şəkildə dəri tərəfindən sorulur. Bu isə cildin əhəmiyyətli bir rolu olan özünü yeniləməsinə mane olur. Bu isə, tıxalı məsamələrə, qırışlara və sızanaqa yol açar.

Dodaq boyası

Hansı növdə olursa-olsun, dodaq boyası ilə yatsanız quruluğa yol açacaq. Yatmamışdan əvvəl mütləq dodaq boyası təmizlənməli və dodağına nəm qazandırmaq üçün bir dodaq balı sürtərək yatmaq lazımdır.

Tuş

Tuş ilə yatmaq kirpiklərinin incəlməsinə və asanlıqla qırılmasına yol açır. Daha uzun kirpiklər istəyən bizlər üçün son dərəcə pis bir nəticə verəcək!
Makiyajla yatmağın nə qədər pis olduğunu bilmək, tənbəllik hiss etdiyin daha bir gün daha olmayacağı mənasını vermir. Makiyaj təmizləyicini və pambığını yatağına yaxın bir yerə qoyaraq, bəhanələrinin önünə keç!

Buna da baxın

Dişləri təmizləməyin yeni üsulu

Whatsapp ilə Paylaş “Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu və diş …