Əsas səhifə / Manşet / Maraqlı salat
Bizi mobildən daha sürətli  izləyin

Maraqlı salat

Tərkibi:

  • 280-300 qr qızarılmış toyuq əti
  • 2 yumurta
  • 150 qr pendir (holland pendiri)
  • 150 qr kök
  • 1 diş sarımsaq
  • 120 qr mayonez
  • duz, istiot zövqə görə

Bəzəmək üçün

  • qaynadılmış yumurta
  • təzə xiyar

Hazırlanması:

Yumurta qaynadılır. Kök və sarımsaq sürtgəcdən keçirilir. Üzərinə kub formada doğranılmış toyu əti əlavə edilir. Daha sonra yumurta və pendir də sürtgəcdən keçirilərək əlavə olunur. Mayonez, duz istiot əlavə edilərək qarışdırılır.
Hazırladığınız salatı boşqabın kənarlarına incə doğranılmış xiyarıla bəzək verərək, mərkəzə xüsusi qəlibin daxilinə əlavə edin. Üzərini isə sürtgəcdən keçirilmiş yumurta ağı və sarısı ilə bəzəyin.
Bəzəyini videoda göstərildiyi kimi və ya digər zövqünüzə uyğun tərzdə bəzəyərək servis edə bilərsiniz.

Qeyd:100 qr-268 kkal

Nuş olsun!