Əsas səhifə / Əsas menu / Ailə / Masajla onun ağlını başından al
Bizi mobildən daha sürətli  izləyin

Masajla onun ağlını başından al

Masajla onun ağlını başından alXüsusi ortam yaradıb masaj edərək partnyorunuzun ağlını başından çıxara bilərsən. Şamlar, musiqi və bədənə sürtülən yağlar… Bununla sən onu rahatlaşdırmaqla yanaşı, həmçinin həyəcanlanmağını da görəcəksən.

Atmosfer yaradın

Masajın təsirli olmağı üçün atmosfer önəmlidir. İlk öncə işığı az olması vacibdir. Otağın müəyyən yerində şamlar yerləşdirə bilərsən. Mühitə uyğun musiqi də qoysan iş bitmiş sayılır.

Masajın “olmazsa olmazı” yağlar

Yağlar mesajın ayrılmaz hissəsidir. Masaj yağları bədən kremləri ilə müqayisədə bədəndə daha çox qalıcılığa malikdir. Sizə aromatik masaj yağlarını məsləhət görürük. Məsələn Body Shop Aromaterapi seriyası əzələləri boşaldır və stressi aradan qaldırır. Mütləq bu tip yağlardan istifadə edərək partnyorunuzu masaj edin.

Ünsiyyət qur

Masaj edərkən tamamilə səsliyin ona yaxşı təsir edəcəyini düşünə bilərsən. Ancaq mütəxəssislər bunun tamamilə əksini deyir. Təbii ki bu mütamadi danışın və onun gününün necə keçdiyini soruşun mənasına gəlmir. Arada bir yumşaq səs tonu ilə “yaxşısan?”, “bu hərəkət xoşuna gəlirmi?” kimi suallar soruşun.

Yavaş hərəkətlər

Dinləndirici və rahatlaşdırıcı masajda hərəkətlərdə yumşaq olmalıdır. Yatağın da yumşaq olmasına diqqət göstər.

Yatağın rahatlığı

Ağ yataq örtüyü hər zaman dinləndirici ortam yaradır. Yatağın yumşaq olmasına da fikir ver. Maksimum rahatlıq üçün partnyorunuz yatağa yatdığı zaman başının, dizlərinin və ayaq biləklərinin altına kiçik, yumşaq yastıqlar qoymağı unutmayın.

Masajın mərhələləri

Bir az da texniki bilik verək. Masaj “isinmə” hərəkətləri ilə başlamalıdır. Bədən isindikdən sonra ikinci mərhələyə keçmək lazımdır. Bu zaman əzələləri yumşaltmalısan, bu masajın təməlidir. Üçüncü mərhələdə isə əzələlərin arasında yığılıb qalan toksinləri atmaq və qan dövranını gücləndirmək üçün masaj edilir. Son mərhələ əzələləri istirahət etdirmək və yumşaltmaq üçün edilir. Masaj bu formada sona çatır.

mənbə/azadqadın.az

Buna da baxın

Bu vitaminləri şampuna əlavə edin və…

Whatsapp ilə Paylaş Saçlarınız tökülür, cansız və solğundursa, saç diblərinin sağlam olmaması, qısacası vitamin əskikliyindən …