Əsas səhifə / Əsas menu / Şou-biznes / “Maşın”ın qalibi bəlli oldu – Video
Bizi mobildən daha sürətli  izləyin

“Maşın”ın qalibi bəlli oldu – Video

a“Maşın”ın qalibi bəlli oldu – Video

Mayın 9-da ANS telekanalında yayıma başlayan “Maşın” realiti şousunun qalibi məlum olub.

Məlumata görə, əməkdar artist Murad Dadaşovun layihə rəhbəri olduğu və aparıcılığını etdiyi “Daha bir nağıl” devizi ilə efirə gedən yarışmada avtomobili müğənni Xatirə İslam udub.

Finala qalan üç iştirakçı – müğənni Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat yatmadan maşın ətrafında dayanıb. Əlini avtomobildən ilk çəkən Samir Cavadzadə olub. Daha sonra iştirakçılar həkim müayinəsindən keçib və Rəşad Dağlının səhhətinin pis olduğu bildirilib. X.İslam açarı götürərək, Aşıq Əli, Emil Bədəlov və Rüfət Axundovu maşına otuzdurub, studiyadan gedib.

Qeyd edək ki, “Maşın”ın 18 iştirakçısı – xalq artisti Aygün Kazımova, əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Niyam Salami, Rəhim Rəhimli, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyev olub.



Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …