Əsas səhifə / Manşet / Maskarpone (Mascarpone) pendirinin ev şəraitində hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Maskarpone (Mascarpone) pendirinin ev şəraitində hazırlanması

Tərkibi:

  • 1 litr 30%-li qaymaq
  • 2 x/qaşığı limon suyu

Hazırlanması:

Qaymağı qazana əlavə edirik. Ocaqda qaynayana qədər qarışdırırıq. Qaynadıqdan sonra ocaqdan götürüb limon suyunu əlavə edirik. 20 dəqiqə soyumasını gözləyirik. Qaymağı  tənzifdən süzürük. 12 saat soyuducuda saxlayırıq. Soyuducudan çıxardıqdan sonra dessert və digər şirniyyatlarda istifadə edə bilərsiniz.

Nuş olsun!