Əsas səhifə / Əsas menu / Gözəllik / Mat makiyajda əsas qaydalar-Video
Bizi mobildən daha sürətli  izləyin

Mat makiyajda əsas qaydalar-Video

Yeni trend mat makiyaj bir çox xanımın bəyəndikləri və istifadə etdikləri makiyaj növlərindəndir. Bu makiyaj növünü çox vaxt yağlı cildə sahib olanlar seçim edirlər. Bu növ makiyaj məhz yağlı dərilər üçün ideal seçimdir. Amma normaldəri tipinə sahib olanlar da istifadə edə bilərlər. Bu makiyajın bir sıra özünəməxsus qaydaları vardır ki, qadinklubu.com həmin qadaları sizlər üçün araşdırdı.

  1. Makiyaja başlamamışdan əvvəl hər makiyajda olduğu kimi ilk əvvəl  dərinizi nəmləndirmək lazımdır.
  2. İlk addım olaraq dərinizə uyğun bir nəmləndirici ilə başlaya bilərsiniz.
  3. Ardından mat makiyaj üçün ən əhəmiyyətli addım olan, dəri tonunuza uyğun mat bir tonal krem tətbiq etməkdir.
  4. Göz makiyajınızda isə parıltılı kölgələrdən  uzaq olun olun. Mat, parıltısın göz kölgəsi tonlarını seçim etməlisiniz.
  5. Kirpiklər- mat makiyajda əsas rol oynayan faktorlardandır. Çünki, mat makiyajda gözlərön planda olmalıdır. Ona görə də kirpiklər daha dolğun və cəlbedici olmalıdır.  Daha uzun və dolğun kirpiklər üçün sıx tükcüklü fırçası olan tuşlardan istifadə edə bilərsiniz.
  6. Mat makiyaj yeganə parıltılı olmalı olan və makiyajın məxsusiliyini vurğulayan meyar məhz yanaqlardır. Odur ki, ənlik seçimində bir qədər parıltılı olanlardan istifadə edə bilərsiniz.  Beləliklə, daha gözoxşayan  bir görünüş əldə edə bilərsiniz.
  7. Son olaraq dodaq boyası  seçimidir. Dodaq boyasında da mat tonlardan istifadə etməlisiniz. Mövsümün modası qəhvə tonları  uğurlu seçimlərdən  biri ola bilər.

Buna da baxın

Dodaqlardakı yeni trend – Ombre

Whatsapp ilə Paylaş İndiki vaxtda gözəllik anlayışı gün keçdikcə dəyişir. Gündəlik olaraq istifadə etdiyimiz hər …