Əsas səhifə / Əsas menu / Xəbər / May ayında hava necə olacaq?
Bizi mobildən daha sürətli  izləyin

May ayında hava necə olacaq?

yuMay ayında hava necə olacaq?

Azərbaycanda may ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18-21 dərəcə (gecələr 11-16, gündüzlər 22-27, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 17-21 dərəcə (gecələr 11-16, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 12-14 dərəcə (gecələr 7-12, gündüzlər 12-17, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 18-20 dərəcə (gecələr 11-16, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 18-22 dərəcə (gecələr 12-17, gündüzlər 22-27, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə (gecələr 11-16, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.