Əsas səhifə / Əsas menu / Gözəllik / Maya maskası – Uzun saçlar xəyal deyil
Bizi mobildən daha sürətli  izləyin

Maya maskası – Uzun saçlar xəyal deyil

Maya maskası - Uzun saçlar xəyal deyilDaha uzun və  sağlam saçlar çox xanımın arzusudur. Amma uzun saça sahib olmaq təbii ki, qısa saça nisbətən daha çox qulluq tələb edir. Qadinklubu.com-un təqdim etdiyi maya maskası ilə qısa müddətdə yüksək nəticə əldə edəcəksiniz. Eyni zamanda maya maskası saç diblərini gücləndirərək saç tökülməsinin də qarşısını alır. Daha uzun və sağlam saçlara sahib olmaq istəyirsinizsə, bu maskanı mütləq sınayın.

Tərkibi:

1 x/qaşığı su

1 x/qaşığı quru maya

1 x/qaşığı şəkər tozu

1 x/qaşığı bal

2 x/qaşığı xardal tozu

Hazırlanması və tətbiqi: Mayanı su şəkər tozu  ilə qarışdırın. Maya həll olduqdan sonra bal və xardalı da əlavə edin. Maska hazır olduqdan sonra saç diblərinə və saçların sonuna qədər maskanı tətbiq edin. Saçınızı dəsmalla bağlayın.  1 saatdan sonra saçınızı ilıq su ilə yuyun. Bu maska həm saçınızı hamarlaşdıracaq, həm də tez uzanmasını təmin edəcək.

Buna da baxın

Artıq çəkilərinizə bu çayla vida edin

Whatsapp ilə Paylaş Tərkibi 1 su stəkanı su yarım limon 2 dilim təzə zəncəfil 1 …