Əsas səhifə / Manşet / Mayonezin asan hazırlanması üsulu
Bizi mobildən daha sürətli  izləyin

Mayonezin asan hazırlanması üsulu

Tərkibi:

  • 1 yumurta
  • 200 ml duru yağ (20 dəqiqə soyuducuda saxladıqdan sonra)
  • 1 ç/qaşığı duz
  • 1 ç/qaşığı xardal
  • 1 x/qaşığı limon suyu

Hazırlanması:

Yumurtaya duz, xardal və  yağı əlavə edirik. Blender vasitəsilə 5 dəqiqə qarışdırırıq. Qarışım qatılaşdıqda artıq mayonez hazırdır. Soyuducuda mühafizə edərək salatlara, istənilən təamlara istifadə edə bilərsiniz. Tərkibindəki duz, limon suyu və xardalı zövqünüzə görə dəyişə bilərsiniz.